Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində apardığı yoxlama haqda bugünkü hesabatını yayıb.
ANAMA-dan Mia.az-a verilən məlumata görə, gün ərzində kənddə 1 534 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası və 4 ədəd partlamamış hərbi sursat (1 ədəd PQ-7VM raketi və 3 ədəd PQ-7 raketinin mühərrik hissəsi) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.