Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / 11011 dəfə “jim“ hərəkəti edən erməni əsgəri öldürülüb – FOTOLAR

11011 dəfə “jim“ hərəkəti edən erməni əsgəri öldürülüb – FOTOLAR

Erməni tərəf “Ginnesin Rekordlar Kitabı”na düşən əsgərin Azərbaycan ordusu tərəfindən məhv edildiyini etiraf etdi

İşğal altındakı Azərbaycan ərazilərinə sonuncu qanunsuz səfərindəki hay-küylü bəyanatlarının ardınca Ermənistan ordusunun Qarabağ cəbhəsində itki verməsi seçkiöncəsi onsuz da narahat günlərini yaşayan Serj Sərkisyanı dilxor edib. Elə buna görədir ki, Ermənistan prezidenti 28 may saat 13.00 radələrində ölümcül güllə yarasından keçinən əsgər Artak Rafaelyanın dəfnini az qala dövlət səviyyəsində təşkil etmək qərarını verib.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistandan olan hərbçi ilə vida mərasimi Razdan rayonunda təşkil olunub. (S.Sərkisyan bununla növbəti dəfə Qarabağda Ermənistan ermənilərinin deyil, yerli əhalinin döyüşdüyü barədə iddiasını təkzib etmiş oldu-E.P.) Mərasimdə müdafiə naziri Viqen Sarkisyan, silahlı qüvvələrin zabitləri, Rafaelyanın əsgər yoldaşları, şəhər və vilayət hakimiyyətinin rəhbərliyi iştirak edib. Məlumat verilib ki, 13 apreldə 20 yaşı tamam olacaq əsgər 28 martda cəbhənin şərq istiqamətində Azərbaycan tərəfdən açılan atəş nəticəsində məhv edilib. Hansı ki, bir gün əvvəl düşmən tərəf ölüm faktının araşdırıldığını bildirmişdi.

A.Rafaelyanın itkisi Ermənistan üçün həm də ona görə ağırdır ki, o, “Ginnesin Rekordlar Kitabı”na düşmüşdü. Belə ki, erməni əsgər 7 saat ərzində ardıcıl şəkildə 11011 dəfə “jim“ hərəkəti etdiyi üçün məşhurlaşıbmış. İyulda tərxis olunmalı olan erməni əsgər evin böyük övladı idi. Qardaşının isə bu il hərbi xidmət yaşı çatır. Sərkisyan hakimiyyəti inadından əl çəkməsə, o da özgə torpaqlarında can verməli olacaq.

Elə bu gün Qarabağdakı cinayətkar rejimin başçısı Bako Saakyan da özünün varlığını sübut ertməyə cəhd göstərib. O, A.Rafaelyanı “Dağlıq Qarabağın müdafiəsindəki xidmətlərinə görə” “döyüş xidmətlərinə görə” medalı ilə təltif edib.

Əsgər ölümləri ilə bağlı vaxtaşırı sərt etirazlarla üzləşən Ermənistan prezidenti isə görünür təmtəraqlı mərasimlə etirazların qarşısını alacağını zənn edib. Ancaq işğalçı ölkədə hər kəs anlayır ki, Qarabağdakı hərbçilər qarçısında çıxışından, “döyüşdə fərqlənənləri” təltif edəndən sonra baş verən ölüm faktına görə məhz erməni prezident məsuliyyət daşıyır. Xüsusilə də keçmiş prezident Levon Ter-Petrosyanın çağırışlarının fonunda erməni ordusunun itkilər verməsi seçki öncəsi eks-prezidentin haqlı olduğuna xalqı daha çox inandırır. Əgər S.Sərkisyan Ter-Petrosyanın məsləhətinə qulaq asıb Dağlıq Qarabağın ətrafındakı əraziləri dərhal qaytarsaydı, ən azı sonuncu erməni əsgəri sağ qalacaqdı, çünki o, ətraf bölgədəki postda cavab atəşi ilə məhv edilib.

Ermənistan prezidentinin 2 aprel seçkiləri ərəfəsində gərginliyin artırılmasına istiqamətlənmiş addımlar atacağı barədə ehtimallar özünün tam doğrultdu. Onun şəxsən Qarabağa gəlib Azərbaycanı hədələməsinin ardınca erməni ordusunun davamlı şəkildə Ağdam ərazisində hərbi təlimlər keçirməsi Sərksiyanın erməni xalqının diqqətini seçkidən yayındırmaq üçün vəziyyəti kritik hala çatdırmaq niyyətində tam olduğunu təsdiqləyir. Şübhə yoxdur ki, Sərksiyan yad torpağına ölümə yolladığı Rafaelyanın məhvindən də xal toplamaq üçün istifadə etməyə çalışacaq.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın