Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi…” – Azərbaycan generalından açıqlamalar

“Əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi…” – Azərbaycan generalından açıqlamalar

“Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilməsi barədə informasiya absurd, qeyri-peşəkar, uğursuz təqdim edilmiş və gülünc doğuran xəbərdir”.
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
General-leytenant Y. Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən başqa bir şey deyildir:
 “Əvvəla, ermənilər bu cür məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və montaj edilmiş fotoda bir qrupun yığışaraq “təntənəli keçidi” izləməsi heç də “möhtəşəm” mərasimin keçirilməsi demək deyil. Ora toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə gətirdiyi tör-töküntüləridir.
Mənə, hərbiyə yaxın olan bir şəxs kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3 hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır”.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın