Ana səhifə / Müsahibə / “ƏDALƏT, SƏN NƏ QƏDƏR ABIRSIZ, HƏYASIZ ADAMSAN?!” – Aktyor nazir müavinini “yıxıb-sürüdü”

“ƏDALƏT, SƏN NƏ QƏDƏR ABIRSIZ, HƏYASIZ ADAMSAN?!” – Aktyor nazir müavinini “yıxıb-sürüdü”

Tanınmış aktyor, əməkdar artist Əli Nur bu dəfə də fəxri adlarla bağlı siyahıdan kənarda qaldığı üçün narazılığını bildirib. 70 yaşlı aktyor AzNews.az saytına müsahibəsində Mədəniyyət naziri Əbülfəs Qarayev və onun müavini Ədalət Vəliyev tərəfindən dəfələrlə aldadıldığını, ələ salındığını bildirib. Əli Nurla söhbəti təqdim edirik.

– Əli Nur müəllim, fəxri adlarla bağlı verilən siyahıdan kənarda qaldığınızı deyirsiniz; bunun səbəbini nə ilə izah edirsiniz?

– Fəxri ada layiq görülən ləyaqətli insanları təbrik edirəm. Son vaxtlar isə bu adları alanlar arasında layiq olmayanların adlarını daha çox görmək olur. Əslində bolşeviklərin vaxtilə təsis etdiyi bu fəxri adlar Dövlət Dram Teatrına və Opera və Balet Teatrına aid idi. Bu adın qarşılığında həmin adamlardan tribuna kimi istifadə olunurdu. Fəxri adlar gecə-gündüz işləyən aktyorlara verilməlidir. Bir neçə gün öncə fəxri adlarla bağlı imzalanan siyahıdan kənarda qaldım. Susmayacam, bütün həqiqəti deyəcəm.

1986-cı ildə Sumqayıt Dövlət Dram Teatrından Akademik Dram Teatrına dəvət olunmuşam. Teatrın direktoru ilə birlikdə Mədəniyyət Nazirliyinə çağırılmışam. Aktyor işə götürüləndə direktor heç zaman nazirliyə getmir, məktub göndərir. Amma direktor məni özü ilə aparıb birbaşa o vaxtkı nazir Zakir Bağırova təqdim etdi. Zakir Bağırov da məni yaxşı tanıyırdı. Nazir mənim köçürmə yolu ilə Akademik Teatra gəlməyimi təsdiq edən sənədi imzaladı. Həmin vaxt Səməndər Rzayev dünyasını dəyişmişdi, statı boş qalmışdı. Məni onun yerinə işə götürdülər. Əmrimi alıb teatrda fəaliyyətə başladım. Gələn kimi Hamlet Xanızadə, Məlik Dadaşov, Həsənağa Turabov kimi tanınmış aktyorlarla dubliyor oldum.

1982-ci ildə “Bütün Şərq bilsin” əsəri əsasında hazırlanan tamaşa ilə Moskvaya qastrola getmişdik. Oradan qayıdandan sonra Mrkəzi Komitənin Birinci Katibi, mərhum Heydər Əliyev martın 22-də həmin tamaşaya baxdı. O, tamaşadan sonra səhnəyə çıxıb aktyorları təbrik edib, fikir mübadiləsi apardı. Mən orada Sumqayıt teatrının binasının olmaması haqqında məsələ qaldırdım. Heydər Əliyev elə oradaca məsələni həll elədi. Pul ayrıldı, teatr üçün bina tiklidi.

– Vaxtilə sizə verilən 3 otaqlı mənzili həmkarlarnızdan birinə bağışladığınızı deyirlər…

– Sumqayıt teatrından Akademik Teatra köçürülmə yolu ilə gələndə mənə orada monolit binanın 14-cü mərtəbəsində 3 otaqlı mənzil verilmişdi. Həmin mənzili teatrın aktyoru Hacı Xəlilova verdim. O, ağır xəstə idi. Akademik Teatrda mən çox yaxşı fəaliyyət göstərirdim. Mədəniyyət naziri Polad Bülbüloğlu məni bütün tədbirlərə göndərirdi. Bütün çıxışlarım da alqışlarla qarşılanırdı. Bir müddət keçdi, Polad Bülbüloğlu nazir vəzifəsindən getdi, yerinə Əbülfəs Qarayev gəldi. Həmin vaxt Mədəniyyət Nazirliyi turizm ilə birləşdirildiyindən nazir əsas gücünü ikinci sahəyə yönəltdi. Əslində isə Mədəniyyət Nazirliyini Ədalət Vəliyev idarə edirdi. O, çox qəribə insan idi…

– Necə yəni qəribə?

– Sumqayıt teatrının 40 illiyi idi. Rəhmətlik Yaşar Nuriyev, Afaq Bəşirqızı, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və cənab nazir həmin tədbirdə idik. Vaqif Əliyev o vaxt Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı idi. O, bizi çay masasına dəvət elədi. Orada nazir “Əli müəllim, nə problemin var” deyə soruşdu. Başdan-ayağa problem içində olsam da, yalandan heç bir problemimin olmadığını dedim. Üzünü Ədalət Vəliyevə tutdu ki, bəs Əli müəllimin fəxri adı nə vaxt veriləcək? Ədalət də qayıtdı ki, Əli müəllim əməkdar artist fəxri adını da çox gec alıb. Bunun bəxti belədir də, hər şeyə gec nail olur…

Sumqayıt teatrında işləyəndə “Poladəridənlər” tamaşasına görə SSRİ Teatrlar İttifaqında müzakirə olunmuşdu. Ən qabaqcıl fəhlə obrazını oynadığıma görə, “Pravda” qəzetində mənim adım çəkildi. Buna görə də SSRİ Mədəniyyət naziri mənə təbrik teleqramı göndərdi. Eyni zamanda mən Moskva Həmkarlar Təşkilatının 4 min rubl pul mükafatına təqdim edildim. O pulu aktyorlar arasında bərabər bölüşdürdüm. Hamı bilir ki, mən tamahkar adam deyiləm.

Bakıya kim gəlirdisə, Mədəniyyət Nazirliyi onun qarşısına məni çıxarırdı. Bunlar haqqında danışmaq istəmirəm, rollarım göz qarşısındadır. Haqqımda Azərbaycanın məşhur adamları danışıblar. İki dəfə dövlət mükafatına təqdim olunmuşam. Biri Hüseyn Cavidin “Afət”, ikincisi isə “Bütün Şərq bilsin” tamaşasında General Şıxlınski roluna görə.

2005-ci ildə Mir Cəlalın “Dirilən adam” tamaşasından sonra təşkil olunan banketdə banketdə Bəstəkarlar İttifaqının sədri Aqşin Əlizadə çıxış elədi. Dedi ki, “biz fəxr eləməliyik ki, Akademik teatrın Əli Nur kimi nəhəng aktyoru var”. Bu söz 100 adamın içində deyilib.

– Doğrudurmu, 60 illik yubileyinizdə Mədəniyyət naziri Əbülfəs Qarayev sizə mənzil və xalq artisti adının verildiyini deyib. Hətta buna görə, nazir müavini Ədalət Vəliyev də sizi şəxsən təbrik edib?

li_nur-msahib_(16)

– 2008-ci ildə 60 illik yubileyim oldu. Yubileydə Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası nümayiş olundu. Mədəniyyət Nazirliyinin mümayəndəsi Nahidə xanım məni nazirin adından təbrik elədi. Səhəri gün isə Elçin Əfəndiyevin “Arıların arasında” tamaşası göstərildi. Dedilər ki, teatrın direktoru səni çağırır. Maqbet müəllimin otağına girəndə baxdım ki, Əbülfəs Qarayev oturub. Mənimlə görüşdü, dedi “biz səninlə fəxr edirik. Bir neçə gün döz, mən səni fəxri adla təltif edəcəm”.

2007-ci il böyük Cavidin yubileyi keçirilirdi. Tədbirə hardasa, 60-70 aktyor dəvət olunmuşdu. Ədalət Vəliyev tədbirdə qışqıra-qışqıra dedi ki, “bu teatrda olan başqa aktyorların ifası sıfırdır. Siz Əli Nur, Nurəddin Mehdixanlı və İlham Əsgərovdan öyrənin. Bu 3 aktyordan başqa burada akademik səviyyəli aktyor yoxdur”. Çıxışında ayrı-ayrılıqda 4 dəfə adımı çəkdi. Məni yanına çağırıb dedi ki, “narahat olma, bu yaxınlarda mən səni təbrik edəcəm”.

Xalq artisti Ağakişi Kazımov mənə dedi ki, “57 ildir Akademik Teatrda işləyirəm. Bu qədər gül-çiçk verilən aktyora nadir halda rast gəlmişəm”.

2010-cu il martın 1-də Səməd Mənsurun yubileyi keçirildi. Yubileydən sonra təşkil olunmuş çay süfrəsində nazir Suraxanı rayon icra başçısından məni tanıyıb-tanımadığını soruşdu. Əbülfəs Qarayev bütün qonaqların yanında dedi ki, “bu nəhəng aktyorla hər yerdə görüşlər keçirmək lazımdır. Əli Nur, sən İsgəndəriyyə kitabxanasısan. Biz səninlə fəxr edirik”.

Xalq artisti Amaliya Pənahovanın həyat yoldaşı Yusif Muxtarov dünyasını dəyişmişdi. Yas mərasimində çadıra girəndə baxdıq ki, nazirlə yanaşı tanınmış ziyalılar da ordadır. Milli məclisin deputatı Ziyafət Əsgərov hamının qarşısında dedi ki, “Əbülfəs müəllim, Əli Nur klassik aktyordur. İndi Azərbaycanda belə aktyorlar azdır”.

2011-ci ildə cənab nazirin göstərişi ilə muğam festivalına dəvət olundum. Nazir tədbirdə çıxışında dedi ki, “Əli Nur, səni sevirik, səni qiymətləndiririk”. Bu da hamının qarşısında dediyi sözdür. Lakin bütün bunlara rəğmən, mənə heç nə verilməyib. Ondan çürük fındıq da almamışam. Bir əməkdar artist fəxri adım var. Mərhum Heydər Əliyev “Hamlet” tamaşasına baxıb, o vaxtkı direktor Əliabbas Qədirova dedi ki, aktyorların ev və fəxri ad alması üçün adlarını təcili olaraq Prezident Aparatına göndərsin. Nazirliyin bu məsələdən xəbəri yox idi. Sonradan eşitdim, Ədalət Vəliyev Əliabbas Qədirovla dava edib ki, niyə siyahı nazirliyə göndərilməyib…

11 may 2012-ci ildə Əbülfəs Qarayev məni çağırdı ki, narahat olma, sənə həm fəxri ad həm də mükafatlar yazılıb, kefini də pozma…

24 iyun 2014-ci ildə nazir məni çağırıb bütün şəraitimdən xəbardar olduğunu dedi. Söz verdi ki, mənə 4 otaqlı ev verdirəcək. Bakıda birotaqlı məhdud şəraiti olan otaqda 10 baş ailə ilə mağarada yaşayıram. 32 ildir o mağarada yaradıcılıqla məşğulam. Hansı ki, Akademik Teatrda 3 dəfə ev alan aktyorlar var. Bu nə deməkdir?

Bundan az sonra teatrın əməkdaşı Səkinə xanım gəldi ki, səni nazirliyə çağırırlar. Dedim niyə getməliyəm? 10 ildən artıqdır nazirlik məni dolayır, uşaq yerinə qoyur. Hansı ki, mənim elə yaşımdır, bütün Azərbaycan Teatrının bədii şurasında məsləhətçi olmalıyam. Savadım və dünya mədəniyyətini bilməyim buna əsas verir. Əvəzində isə məni gözümçıxdıya salıblar, adam yerinə qoymurlar.

Bütün nazirlər və müavinləri mənim sənətimi qiymətləndirirlər. Yeganə olaraq Mədəniyyət Nazirliyidir ki, mənə düşmən gözü ilə baxır. Ədalət Vəliyev isə mənim qanımı içməyə hazırdır.

ebulfes-qarayev

2015-ci ildə Ədalət Vəliyev yenə məni çağırıb təbrik elədi, otağında bir saat söhbət elədik. Dedi, “get Nahidə xanımın yanına, səni təbrik eləsin”. Düşdüm Nahidənin yanına, o da dedi ki, ayın 10-da Xalq artisti fəxri adını alacaqsan. Lakin siyahı açıqlananda baxdım ki, adım yox. Mayın 13-ü və 24-də Ədalət Vəliyev mənə iki dəfə zəng elədi. İkinci zəngdə Arif Quliyev yanımda idi. Məni təbrik eləyəndə dedim ki, Ədalət məni dolayıb. 20 ildən artıqdır ki, mənimlə döyüşdədir. O adam istəmir ki, məni tanıyıb görsünlər. Buna teatrın daxilində “züy verən” insanlar da var.

22 iyunda Nazirliyə çağırıldım. Getmək istəmirdim, daha kimlərdən xəbər göndərmədilər… Adını çəkmək istəmədiyim bir adamdan Ədalət Vəliyev mənə mesaj göndərdi: “Narahat olmasın, bu bayram onu təbrik edəcəm”. Dedim Ədalət aferistdir, yalançı və şullerdi, nə olsun nazir müavinidır. Sən ona inama! Cavabında dedi ki, Əli Nur, Ədalət səni aldada bilər, amma o, mənə kişi kimi söz verib. Dedim hansı kişilikdən danışırsan? Əgər onda kişilik olsaydı, mənim kimi aktyoru bu hala salmazdı. Dərs dediyim tələbəmin tələbəsi xalq artistidir. Bəs Ədalət, sənin abrın-həyan yoxdur, utanmırsan? Sən məni niyə aldadırsan? Bunu mütəşəkkül surətdə hazırlayıb ki, mən dövlətə qarşı çıxım. 46 ildir dövlət teatrının səhnəsində guruldayıram. Bu nə deməkdir? Bu, insanı alçaltmaq, şərəf və ləyaqətinə tüpürməkdir. Niyə aktyorun qüruru ilə oynayırsan? Ədalət, sən məni nəyə vadar etmək istəyirsən? Həbsxanaya gedim? Sən nə qədər abırsız, həyasız bir şəxsiyyətsən! Mən sənə şəxsiyyət deməyə də xəcalət çəkirəm. 240 təzyiqlə yaşayıram. O, mənə fəxri ad yox, 240 təzyiq verdi. Buna heç kim dözməzdi…

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …