Şənbə , May 30 2020
Ana səhifə / Müsahibə / Zakir Həsənov silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi tapşırığını verib

Zakir Həsənov silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi tapşırığını verib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün hərbi hissə və bölmələrində silah və hərbi texnikanın istismarının qış rejiminə keçirilməsi ilə əlaqədar tapşırıq verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.

Hərbi hissələrdə fəaliyyətə başlayan texniki xidmət məntəqələrində silahlanmada olan bütün döyüş və xüsusi texnikaların yanacaq-sürtgü materialları dəyişdirilir, filtr və aqreqatlara planlı şəkildə qulluq göstərilir, elektrik və hidravlik sistemləri yoxlanılır.

Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilmiş müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq.

Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb.

Həmçinin oxuyun

“HANI İNDİ BELƏ KİŞİ?…” – Şeyxülislam Allahşükür Paşazadə ilə maraqlı MÜSAHİBƏ

Jurnalist Səfurə Çərkəzqızının Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadədən illər öncə aldığı müsahibəni …

Bir cavab yazın