Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Zakir Həsənov Sərkisyanla yanaşı durmaqdan belə imtina etdi

Zakir Həsənov Sərkisyanla yanaşı durmaqdan belə imtina etdi

Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdiriblər.

Virtualaz.org xəbər verir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri Vigen Sərkisyanla yanaşı durmaqdan imtina edib və bacardığı qədər onu özündən aralayıb. Belə ki, protokola görə hər ölkənin müdafiə naziri öz ölkəsinin bayrağı qarşısında dayanmalı idi. Əlifba qaydasına görə Azərbaycan və Ermənistan bayraqları yanaşı qoyulub, nəticədə Zakir Həsənov da istər-istəməz Vigen Sərkisyanla yanaşı dayanıb foto çəkdirməliydi. Lakin Zakir Həsənov Sərkisyandan uzaq durmaq üçün MDB-nin icraiyyə komitəsinin sədri Sergey Lebedevi kənara sıxışdırıb və nəticədə MDB bayrağı ilə Azərbaycan bayrağı arasında dayanıb, eyni zamanda Sərkisyandan aralanıb.

Erməni mənbələri bildirir ki, bundan əvvəlki toplantılarda da Azərbaycan müdafiə naziri keçmiş nazir Seyran Ohanyandan və Ermənistan bayrağından mümkün qədər aralı durmağa çalışıb.

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın