Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Zakir Həsənov hərbi aviabazada – Fotolar

Zakir Həsənov hərbi aviabazada – Fotolar

Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.

Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.

Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.
1 / 2

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın