Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Müsahibə / Tanınmış kordioloq-həkim: “Bir dəfə Allahşükür Paşazadəyə dedim ki…” – MÜSAHİBƏ

Tanınmış kordioloq-həkim: “Bir dəfə Allahşükür Paşazadəyə dedim ki…” – MÜSAHİBƏ

“Sual-Cavab” layihəmiz davam edir. Layihəmizin bu dəfəki qonağı 36 ildir kordioloq-həkim kimi fəaliyyət göstərən, 2015-ci ildə “Əməkdar həkim” və Türkiyədə bir çox mükafatlarla ilə təltif olunan Rima Nəcəfovadır. Rima xanım xaraktercə çox həssas, təvazökar, humanist, mülayim bir xanımdır. Həkimlə söhbət zamanı ağlımda yalnız həzin danışığı, gülərüz siması ilə yadda qaldı. 

Sonxeber.az kordioloq-həkim Rima Nəcəfovanın müsahibəsini təqdim edir:

– Rima xanım, öncə xoş gördük sizi. İllərdir ki, kordioloq-həkim kimi çalışırsınız. Sizi tanıyan tərəf də var, tanımayan tərəf də. Tanımayan tərəfə özünüzü necə təqdim edərdiniz? 
-Xoş gördük. Nəcəfova Rima. Həkim kimi daha çox soyadımla tanınıram. 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi qızıl medalla bitirmişəm. Daha sonra Tibbi Universitetinə qəbul olub, 1981-ci ildə “Fərqlənmə” diplomu ilə oranı bitirmişəm. Təyinatla Bilkəg Kardioloji Sanatoriyasına göndərilmişəm. 36 ildir ki, Sanatoriyada kordioloq-həkim kimi çalışıram.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

Son illər tarazlaşma gedir… 

– 36 il az müddət deyil, insanlar ürəklərini sizə güvənir, əmanət edir. Lakin eyni ölkədə yaşayır, eyni qidalardan istifadə edirik. Xanımlarda kişilərə nisbətən ürək xəstəliklərinin az müşahidə olunmasının səbəbi nədir? 
– Əvvəlki illər də bu həqiqətən belə idi. Uzun illərdir təcrübəmdə mikro-infarkt keçirdən qadınları az görürdüm. Ancaq son illər tarazlaşma gedir. Artıq qadınlarda işemiya xəstəliyi, hipertaniya daha çox inkişaf edib. Stend, implant əməliyyat, açıq ürək əməliyyatları çox yayılıb. Bunun bir tərəfi də emosional gərginliklə bağlıdır. Kişilərdə emosional gərginliyini xaricə tökülmə prosesi az olur. Qadınlar emosiyalarını dağıda bilir, kişilərsə yox.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

– Bəs, bunların faktorları nədir? 
– Ən böyük faktor adinamiyadır, qida rasionlarıdır. Adinamiya insanın ən böyük düşmənidir. Yəni qida rejiminin pozulmasıdır. Yağlı qidaların qəbulu, hərəkətsiz həyat tərzi, kişilər də siqaret, alkoqol qəbulu. Ən başlıca səbəb budur.

Mütləq mübarizə aparmaq lazımdır… 

– Sizə müraciət edən pasiyentlərinizə ürək xəstəliklərinin inkişaf etməməsi və ya yaranmaması üçün nələrə çox diqqət etmələrini və nə tövsiyyə edirsiniz? 
– Mütləq hərəkət məhdudiyyəti aradan qaldırılmalıdır. Şəkərli diabet xəstələri, təzyiqi olan və ya daxili orqanlarında hər hansı yaranan xəstəliklərlə mütləq mübarizə aparmaq lazımdır. Qida rejiminə isə xüsusi diqqət etmək lazımdır.

– Ürək xəstləkiləri daha çox şəkərli diabet xəstələrində baş qaldırır, yoxsa? 
– XX-XXI-ci əsr üçün şəkərli diabet çox böyük bəladır. Şəkərli diabet hər bir xəstəliyin gedişini ağırlaşdırır. Sağalma imkanını azaldır. Təbii ki, ürək xəstəliklərinin daha tez baş qaldırması şəkərli diabet xəstələrində müşahidə olunur.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

Əsas səbəblərdən biri də… 

– Bəzən həkimlər deyirlər ki, qadınların kişilərə nisbətən az infarkt olunmasının səbəbləri var. Sizcə, bunların səbəbləri nədir? 
– Əsas səbəblər mübadilələrin pozulması, tromblaşmaya meyllənmə, emosional gərginlikdir. Kişilər də sol mədəciyin arxa divarının infarktı qida proseslərinin düzgün qəbul olunmaması zamanı daha çox rast gəlinir.

– XX əsrlə müqayisədə XXI əsr də ürək çatışmazlığı xəstəlikləri daha geniş şəkildə yayılıb. Hətta böyüklərə nisbətən uşaqlar da müşahidə olunur. 
– Doğrudur, artıq gəncləşmə gedir. Ən böyük səbəblərdən biri də hipertaniyadır. Bu, artıq elə kütləvi hal alıb ki, hipertaniya gənclərdə daha çox aşkarlanır. Yenə də hərəkətsiz həyat tərzi, piylənmədir. Oturaq həyat tərzi, telefona, kompyuterə, televizora meyllilikdən irəli gəlir. İndiki gənclər də sinir sisteminin oyanıqlığı daha çox rast gəlinir.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

Allahşükür Paşazadəyə dedim ki… 

– Rima xanım, əgər sirr deyilsə pasiyentləriniz arasında nazir, deputat, icra başçılarında müayinə və müalicə üçün müraciət edənlər olubmu? 
– Olub, say o qədər çoxdur ki… Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası, millət vəkili Fəttah Heydərov və anası, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, deputatlardan, icra başçılarından çox pasiyentlərim olub. Allahşükür Paşazadə və ailə üzvləri daha çox müayinə və müalicə üçün müraciət edib. Ona da hər zaman artıq çəki problem yaradıb. Hətta bir dəfə Allahşükür Paşazadəyə dedim ki, çalışın, çəkinizi azaldın ürəyinizdə tez-tez problemlər yaranmasın (gülümsəyir- red.). Artıq son dövrlərdi səhhəti yaxşıdır, daha tez-tez müraciət etmir.

– Bəzən insanlar öz həkimlərimizdən çox xarici ölkələrin həkimlərinə üz tuturlar. Sizə necə, ölkədən dəvət gəlubmi? 
– Yox, dəvət almamışam deyə getməmişəm. Ancaq dəfələrlə xarici ölkələrdə konfraslarda iştirak edib mükafatlanmışam.

Biz sovet səhiyyəsindən bəhrələnmişik… 

– Dəvət etsələr gedərsiniz? 
– Əlbəttə (gülümsəyir- red.)… Əvvəllər Türkiyədən işlə bağlı davat almışdım. Ancaq ailə vəziyyətimlə bağlı gedə bilmədim. İndi də bizim diplom Türkiyədə tanınmır. Çünki bizim dövrdə biz rus, sovet səhiyyəsindən təhsil almışıq, bəhrələnmişik.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

– Bəs, xarici ölkələrdən sizə pasiyent kimi müraciət edənlər olub? 
– Bəli, olub. İraqdan, Türkiyədən, Rusiyadan saysız-hesabsız pasiyentlərim var.

Sovet dövründə məsuliyyət daha çox idi… 

– İndiki dövrlə sovet dövrünün səhiyyəsini müqayisə edəndə fərqi nədə görürsünüz? 
– Fərqi çoxdur. Sovet dövründə məsuliyyət, təcrübə daha çox idi. O dövrdə ali təhsili bitirdikdən sonra işə gedəndə artıq hazır vəziyyətdə olurdun. İndi isə yaxşı həkim olmaq üçün mütləq xarici ölkələrin birində əlavə təhsil almalısan.

– Bəs, Rima xanım illər öncə həkimlik peşəsini öz istəyiilə seçib, yoxsa valideynlərinin? 
– Mən məktəb illərində riyaziyyatı çox yaxçı bildiyim üçün qarşıma məqsəd qoymuşdum ki, riyaziyyatçı olum. Lakin tale elə gətirdi ki, atamın arzusu ilə mən həkim oldum. Çünki atamı çox istəyirdim və onun istəyinə qarşı çıxa bilməzdim. Peşəmdən və seçimimdən çox razıyam. Sanki elə bu peşə üçün doğulmuşam.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

Uşaqlarımın böyüməsini görmədim… 

– Bu peşə üçün doğulan həkimin heç olub ki, bezdiyi və bir anda bitirmək istədiyi an olsun? 
– Bəzən olub. Bilirsiniz niyə? Çünki mən uşaqlarımın böyüməsini görməmişəm. Gecə növbələri, yuxusuzluq, iş rejimin ağır olması. Ancaq ani anda yenə peşəmdən vaz keçməmişəm. Peşəmə çox bağlı biriyəm. İnanırsınız, bəzən uşaqlarıma da deyirəm ki, mən sizin böyüməyinizi görmədim (gülümsəyir- red.)

– Heç olub ki, həyat yoldaşınız sizi seçim arasında buraxsın. Peşənizdən vaz keçmənizi istəsin, mane olsun? 
– Qətiyyən… Hər zaman yanımda olub, hər çətinliklərimi birlikdə adlamışıq. O, hər zaman hər bir işdə mənə dəstək olub, güc verib. Təəssüflər olsun ki, 16 ildir həyat yoldaşımı itirmişəm (kövrəlir- red.).

O çox istəyirdi həkim olsun… 

– Atasının arzusu ilə həkim olan Rima xanım istərdi ki, ailəsində kimsə onun peşəsini davam etsin? 
– Kiçik qızım idmançıdır. O çox istəyirdi həkim olsun. Nədənsə mən həkimlik peşəsinin çətinliklərini görmüşdüm deyə ona çox mane oldum. Ancaq qız nəvəmin biri həkim olmaq istəyir. İndi ona çox dəstəyəm.

– İllərdin insanların ürəyini etibar etdiyi kordioloq-həkimin Allah eləməmiş ürəyində problem yaranarsa, öz ürəyini güvənə və etibar edə biləcəyi həkimi varmı? 
– Əlbəttə… Respublikamızda güvənə biləcəyim həkimlərimiz çoxdur. Mən onların hər biri ilə qürur duyur, fəxr edirəm.

O qədər otağıma çəkilib, hönkürtü ilə ağlamışam ki… 

– Tanınmışlardan, məmurlardan tutmuş adi vətəndaşlara qədər pasiyentiniz var. Heç olub ki, ölüm-qalım arasında olan pasiyentinizə görə böyük riskə gedəsiniz? 
– Bəli, olub… Təbabətdə risk bitmir. Ümidlə sona qədər gedirsən. Hətta çox həyəcan keçirirsən. Ancaq insan həyatını xilas edəndən sonra həkimdə elə bir duyğular olur ki, sözlə ifadə edə bilmirsən. Mən belə anlarda o qədər otağıma çəkilib, hönkürtü ilə ağlayıb Allahıma şükür etmişəm ki. Ancaq göz yaşımı kimsə görməyib, bildirməmişəm.

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ

– Bəs, gözəl xanıma gənc olan zaman pasiyentləri arasında sevgi etirafı edən olub? 
– (Gülür- red.) Yox… Bu haqda mənə cürət edib nəsə deyən olmayıb. Kənardan bəzi etiraflar almışam, ancaq təbii ki, “yox” demişəm. Ancaq bu kimi məslələrə çox hörmətlə yanaşıram. Yəni kobudluq etmək olmaz, mədəni şəkildə anlayışla cavablamaq lazımdır.

– Təşəkkür edirik, çox xoş oldu sizi tanımaq. 
– Məndə sizə təşəkkür edirəm. Ən böyük nemət can sağlığıdır. Canımız sağ olsun!

Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ



Həmçinin oxuyun

Hafiz Hacıyev: “Bu müsahibədən sonra məni öldürə bilərlər” (VİDEO)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-yə müsahibə verib.Həmin müsahibəni təqdim edirik: