Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / “Talışı yenidən məskunlaşdırmaq mümkün deyil” – Erməni komandir

“Talışı yenidən məskunlaşdırmaq mümkün deyil” – Erməni komandir

Ermənistan parlamentinin keçmiş deputatı və Səhra komandiri Vaan Badasyan Talış kəndinin yenidən məskunlaşdırılcağı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Modern.az Ermənistan KLİV-nə istinadən xəbər verir ki, keçmiş deputat bu addımın qeyri-real olduğunu deyib.

“Talışı yenidən məskunlaşdırmaq yox, itirilmiş mövqeləri geri qaytarmaq lazımdır. Birincisi biz mövqelərimizi geri itirərək bütöv kəndi boşaltmağa hazır idik. Digər tərəfdən necə məskunlaşdırmaq – ərazi götürərək ora Talış adı vermək? Bu çox böyük səhv olardı. Əgər sakinləri köhnə yerində yerləşdirmək istəyirlərsə, ora Azərbaycan ordusu tərəfindən görülür. Mən məskunlaşdırmaya o zaman razı olaram ki, bu cür bəyanat verənlər öz ailələri ilə birlikdə düşmən tərəfindən aydın görülən ərazilərə köçsün və digər sakinlərə nümunə olsunlar. Talışı məskunlaşdırmaq mümkün deyil”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın