Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Müsahibə / Təcili: QRU rəisi Seyran Ohanyanla sərhəddəki döyüşləri müzakirə edir

Təcili: QRU rəisi Seyran Ohanyanla sərhəddəki döyüşləri müzakirə edir

Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi, Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini, general-polkovnik İqor Serqun İrəvanda Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Virtualaz.org saytı xəbər verir ki, QRU rəisi bir gün əvvəl – iyulun 24-də İrəvana səfər edib. Onun səfərinin “regionda və dünyada hərbi-siyasi vəziyyətin müzakirəsi, kəşfiyyat əməkdaşlığı” barədə müzakirələr aparmaq məqsədi daşıdığı bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ohanyanla Serqun arasında bu gün keçirilən görüşdə regionda və dünyada hərbi-siyasi situasiya, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, yaranmış hərbi-siyasi vəziyyətdə Rusiya ilə Ermənistan arasında əməkdaşlığın inkişafı müzakirə olunub.

Səfər çərçivəsində QRU rəisinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyinin və Baş Qərargahının  müvafiq kəşfiyyat bölmələri ilə görüşləri də planlaşdırılıb.

Qeyd edək ki, Vladimir Putinin QRU rəisini İrəvana ezam etməsi Azərbaycan-Ermənistan sərhədində vəziyyətin ciddi ölçüdə gərginləşməsi ilə eyni vaxta təsadüf edib.

Xəbərlərə görə, Ermənistan ordusunun kəşfiyyat-diversiya bölmələri ordumuzun Gədəbəy rayonu istiqamətindəki mövqelərinə hücum cəhdi edib. Bu zaman ordumuz bir şəhid verib, düşmənin də itkilər verdiyi bildirilir.

QRU hazarda Rusiyanın Ukraynaya qarşı tətbiq etdiyi hibrid müharibə taktikasının əsas elementidir. Bu məxfi kəşfiyyat idarəsinin xüsusi təyinatlı diversiya bölmələri Krımı ildırım sürəti ilə zəbt edib, daha sonra Ukraynanın şərqində diversiya əməliyyatları həyata keçirərək yerli separatçı dəstələrə Donetsk və Luqansk vilayətlərinə nəzarəti ələ almağa kömək edib.

Həmçinin oxuyun

“Parlamentdə belələri var, Eldar müəllim onları deyib”

Ali Məhkəmənin sabiq sədri, Milli Məclisin deputatı və Vəhdət Partiyasının sədri Tahir Kərimlinin AzPolitika.info-ya verdiyi müsahibəsini təqdim …

Bir cavab yazın