Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Son xəbər: Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir

Son xəbər: Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir

Cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, atəşkəs yenidən pozulub. Bunu Trend-ə Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, hazırda üç istiqamətdə – Füzuli, Tərtər, Ağdam istiqamətində döyüşlər gedir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın