Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Müsahibə / Sevda Əliyeva: “İstənilən sahədə işin düzgün təşkil olunması üçün birinci növbədə nizam-intizam gərəkdir”

Sevda Əliyeva: “İstənilən sahədə işin düzgün təşkil olunması üçün birinci növbədə nizam-intizam gərəkdir”

Müəllimlik peşəsi şərəfli olduğu qədərdə məsuliyyətlidi. Həqiqi müəllim adını daşıyan insan tarixin butun çətin dövrlərində həmişə dəyanətli, dözumlu olubdur. Mmənəviyyatını həmişə hər şeydən üstün tutubdur. Bu sözləri ulu öndərimiz Heydər Əliyev demişdir və onun bu fikirlərini özü üçun həmişə örnək tutan nə yaxşı ki müəllimlərimiz var və onlarla millətimiz qürur duyur. Son illər təhsil sahəsində sistemli və davamlı islahatlar aparılır. Bu istiqamətdə aparılan işlər daha da sürətləndirilib. Bütün bunların sayəsində təlim və tədrisin təşkilində daha bacarıqlı, peşəkar kadırlara meydan verilir. Müsahibimiz məhz belə bacarığa, yüksək intellektə və təşkilatçılıq qabiliyyətinə malik Bakıdaki şəhid Faiq Rzayev adına 150 saylı orta məktəbin direktoru Sevda Əliyevadır. 150 saylı məktəbin yeni binasının acılışında iştrak edən cənab prezidentin son illər təhsil sahəsində apardığı islahatlar, ölkədə intellektual, bacarıqlı gənclərin yetişməsinə təkan verir. Məktəbdə rüşvət tamamilə yığışdırılınb.

– Sevda xanım ilk öncə ondan başlayaq ki, ümumən neçə ildir pedaqoji fəaliyyətlə məşğulsunuz?

– Mən 1988-cu ildən pedaqoji fəaliyyətlə məşğulam. Belə ki, müəllim olaraq pedaqoji fəaliyyətə başlamışam. 1988-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Univerisiteti) bitirmişəm. Ali məktəbi bitirən kimi Rus dili müəlliməsi olaraq işləməyə başladım. O dövrdən bu günə kimi pedaqoji fəaliyyətlə məşğulam. 2009-cu ildən bu günə qədər Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi və Təhsil Nazirliyinin həyata keçirdiyi bir sıra inovativ layihələrin təlimçisiyəm. Yəni, müəllimlərə, məktəb direktorlarına, direktor müavinlərinə təlimlər keçirirəm. Pedaqoji fəaliyyətə Suraxanı rayonu 208 saylı orta məktəbdə başlamışam. Daha sonra Azərbaycan Universitetində fəaliyyət göstərmişəm. Yeri gəlmişkən onu da qeyd edim ki, psixoloq ixtisası üzrə ikinci ali təhsil almışam. 2008-ci ildə 150 saylı orta məktəbə psoxoloq vəzifəsinə təyin olunmuşam. Məktəbimiz 2016-cı ildə Səbail rayonunda yerləşən Tofiq İsmayılov adına 6 saylı məktəb-lisey ilə birləşdirildi. Bu zaman məni 6 saylı məktəbə direktor müavini təyin etdilər. Elə oldu ki, 21 oktyabr 2016-cı ildən məktəb yenidən müstəqil fəaliyyət göstərməyə başladı. Həmin vaxtdan 150 saylı məktəbin direktoru vəzifəsinə təyin olundum. O zamandan artıq il yarımdır ki, sözügedən məzifəni icra edirəm.

– Pedaqoji sahədə işin təşkili kifayət qədər çətin və mürəkkəbdir. İstərdik ki, ötən bu dövr ərzində həyata keçirdiyiniz işlər barədə danışardınız.

– İstənilən sahədə işin düzgün təşkil olunması üçün birinci növbədə nizam-intizam gərəkdir. O cümlədən, təhsildə də başlıca tələb nizam-intizamdan başlayır. Nizam-intizam təmin olunarsa, o zaman digər uğurları da əldə etmək olar. Ona görə də bu vəzifəni icra edəndə birinci növbədə buna önəm verməyə başladım. Daha sonra təhsilin inkişafına əsas diqqəti yönəltdik. Onu da qeyd edim ki, ötən ilin sentyabırında sabiq təhsil naziri Mikayıl Cabbarov 2017-2018 tədris ilini təhsildə keyfiyyət ili adlandırdı. Bu konteksdə məktəbimiz bir çox işlər görüb.

– Konkret olaraq hansı işlər görülüb?

– İlk növbədə müəllimlərin pedaqoji sahədə inkişafına önəm verilib. Peşəkarlıq səviyyələrinin artırılmasına diqqət göstərilib. Bu məqsədlə məktəbin müəllimləri müxtəlif təlimlərə cəlb olunur. Bu da öz növbəsində pedaqoji fəaliyyətlə bağlı onların peşəkarlıq səviyyələrinin daha da artmasına öz müsbət təsirini göstərir. Həmçinin, şagirdlər müxtəlif treninqlərə, dərnəklərə cəlb olunur. Tərəfimdən müxtəlif monitorinqlər keçirilir. Bununla belə, məktəbimizdə fən aylıqları çərçivəsində məqbullar keçirilir. Bu da şagirdlərin oxuyub-öyrənməsinə çox müsbət təsir göstərir. Bu il biz 11-ci sinfi bitirənlərdən çox yaxşı nəticələr gözləyirik. Güman edirik ki, şagirdlərimiz yüksək nəticələr ortaya qoyacaqlar. Məktəbimizdə təhsil alan şagirdlərin sayı 450-ə çatıb. Bir sözlə, ali məktəblərə qəbul olunacaq abituryentlərlə bağlı gözləntilərimiz böyükdür. Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, dövlətimiz məktəbə hər zaman yüksk qayğı göstərir. 2011-ci ildə yeni korpus inşa edildi. Məktəbimiz Qarabağ şəhidi Faiq Rzayevin adını daşıyır. Faiq Rızayev bu məktəbin məzunu olub və 1994-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub. Daha sonra məktəbə onun adı verilib. Bu günkü gündə məktəbimiz Faiq Rzayevin adını yüksəltməkdə, onun ruhuna hörmət əlaməti olaraq bir çox tədbirlər həyata keçirir. Mayın 13-ü şəhidin anadan olma günüdür. 150 saylı tam orta məktəb də ənənəsinə sadiq qalaraq bu dəfə də Faiq Rzayevin doğum gününü qeyd etdi. Ümumilikdə şagirdlərə milli vətənpərvərlik ruhunu aşılamaq üçün onlarla maarifləndirici xarakterli söhbətlər aparırıq.

– Ötən illər ərzində pedaqoji sahədə əldə etdiyiniz təcrübədən çıxış edərək tədrisin təşkili ilə bağlı bundan sonrakı planlarınız nədən ibarətdir?

– Ümumilikdə, hər bir işdə birinci vəziyyətə baxış, situasiyanı qiymətləndirmək. Daha sonra məqsədlərin müəyyən edilməsi və planın cızılması, ən nəhayət yaxın və uzaq hədəflər gəlir. Məktəbimiz üçün yaxın hədəfləri seçmişik. İndi uzaq hədəfləri görmək istəyirik. Uzaq hədəflərimiz odur ki, məktəbimizin şagirdlərində riyazi bacarıqların çox inkişaf etməsini istərdik. İstərdik ki, bu bacarıqlar şagirdlərdə çox inkişaf etsin. Bu il məntiq olimpiyadasında uşaqlarımız iştirak etmədilər. Çox istərdim ki, gələn il Lütfizadə adına məntiq olimpiyadasında iştirak etsinlər. Şagirdlərimiz bu günə qədər əsasən Riyaziyyat və Ədəbiyyat fənlərinə önəm veriblər. Çox istərdim ki, şagirdlərimiz arasında həkimlər olsun. İnformatika sahəsində yüksək nəticələr əldə etsinlər. Bir sözlə, plan və istəklərimiz bu yöndədir.

VİDADİ

Azinforum.az

Həmçinin oxuyun

“Məktəbi demək olar oxumamışam, müəllimlər yola verib” – Fotolar+Video

Dünya karatesinin “Qara brilliant”ı, 5 qat dünya, 11 qat Avropa çempionu olan Rafael Ağayevi qarşıda …