Ana səhifə / Müsahibə / Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi

Serj Sarkisyan Azərbaycanla sərhədə gəldi

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan sərhədində yerləşən bölgələrə səfər edib.

Musavat.com-un verdiyi məlumata görə, işğalçı ölkənin başçısı işgüzar səfərlə Tavuş vilayətinin Noemberyan, Berd və İcevan rayonlarında olub. Qeyd edək ki, Ermənistan ordusunun bölmələri bu bölgədən mütəmadi olaraq Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqlərini atəşə tuturlar. Hətta düşmən israrla gərginliyi Qarabağ cəbhəsindən iki dövlət sərhədinə daşımağa və son nəticədə “Ermənistana müdaxilə” bəhanəsi ilə üçüncü qüvvəni proseslərə qoşmağa cəhd göstərir. Ancaq bu günə qədər düşmənin bu avantürası nəticə verməyib. Azərbaycan ordusu isə işğalçı ordunun həmlə və atəşlərinə tutarlı cavab verir.

Son zamanlar Tavuş vilayətinin cəbhəyanı bölgələrində erməni zabitləri özləri basdırdıqları minaya düşərək ölümcül yaralanmışdılar. Eyni zamanda Azərbaycan ordusunun cavab atəşi buradakı erməniləri ciddi təşvişə salıb. Bu mənada S.Sarkiayanın bölgədə peyda olması səbəbsiz deyil.

Elə Ermənistan prezidentinin səfərini Koxbski hərbi hissəsindən başlaması da çox şeyi deyir. Buradakı hərbçilərlə görüşdə Tavuş administrasiyasının və Noemberyan rayonunun rəhbərliyi də iştirak edib. Ermənistan prezidentini müdafiə naziri Viqen Sarkisyan müşayiət edib. “Bizim yaşayış məntəqələrində çoxlu problemlər var və aydındır ki, onların çoxu eynidir. Bu problemlər oxşar həll yolu tələb edir” deyə, Sarkisyan bildirib.

Bəzi müşahidəçilər hesab edirlər ki, S.Sarkisyan baş nazir olmaq üçün növbəti həmləyə və ölkəboyu fəaliyyətə keçib. Ancaq onun Azərbaycanla sərhədə gəlməsi növbəti təxribatların anonsu da sayıla bilər.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın