Bazar ertəsi , Mart 18 2019
Ana səhifə / Müsahibə / Serj Sərkisyan Azərbaycanla sərhədə gəldi

Serj Sərkisyan Azərbaycanla sərhədə gəldi

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan, müdafiə naziri Vigen Sərkisyan və bütün ermənilərin katolikosu Qaregin II Azərbaycanla dövlət sərhədinə, dekabrın 29-da döyüşlərin baş verdiyi Tavuş vilayəti istiqamətinə gələrək erməni ordusunun mövqelərinə baş çəkib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sərkisyan və onu müşaiyət edənlər Azərbaycanla sərhəddəki erməni postlarına baş çəkərək hərbçilərlə görüşüb, onlarla Yeni ilin gəlişini qeyd edib. Xatırladaq ki, həmin gün baş vermiş döyüşlərdə Ermənistan ordusu 3 hərbçisini itirib, Azərbaycan ordusunun bir əsgərinin cəsədi düşmənin nəzarətində olan ərazidə qalıb.

Həmçinin oxuyun

Maksim Musayev:“Əli İnsanovun müxalifətə qoşulacağına qətiyyən inanmıram”

Hazırda ölkə gündəminin əsas mövzusu imzalanacaq əfv sərəncamıdır. Bu əfvlə çoxsaylı siyasi məhbusların, o cümlədən, 14 …

Bir cavab yazın