Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Şəhid əsgərimizin qan donduran məktubu -Hamını ağlatdı…

Şəhid əsgərimizin qan donduran məktubu -Hamını ağlatdı…

“Gülçin, əgər şəhid olsam…dəfnimə gəlib ürəyində deyərsən…”

Şərxan Bağırovun nəşini Azərbaycan bayrağına bükülmüş tabutda gətirdilər. Onun anası və yaxınları, kənd və rayon qadınları şəhidi ağlayırdılar…Kədər dolu bu anı müşahidə etmək çox ağır idi…Azərbaycan bayrağına bükülmüş tabutun üzərində dayanan gənclər əllərində ay-ulduzlu milli bayrağımızı dalğalandırırdılar…Bayraqları görən qadınlardan biri ağlaya-ağlaya şəhidin anasına tərəf dönüb: “Bax, ay bacı, Sərxanın tabutu başında onun ən çox sevdiyi bayraq dalğalanır!”-deməsi bizi də kövrəltdi.
“Gülçin, əgər şəhid olsam…dəfnimə gəlib ürəyində deyərsən…”
Evin yeganə övladı olan Sərxanın dəfn törəninində ilk sözə müdafiə nazirliyinin rəsmisi başladı. Son əməliyyatlardan, ordumuzun uğurlarından danışan nazirlik rəsmisi digər cəbhədə baş verən ibrətamiz və gözyaşardan səhnələri dilə gətirdi…”Şəhid olan subay əsgərimizin cibindən məktub çıxıb. Məktubda yazılmışdı: “Əzizim Gülçin, mən səni sevirəm! Ola bilsin ki, mən həlak oldum. Amma qəm yemə! Sən də məni sevirsənsə, onda mənim dəfnimə gəlib ürəyində: “mən də səni sevirəm” deyərsən! Mən səni eşidəcəm! ”.
Danışılan  bu hadisə hamını ağlatdı! Yaxınlığımda olan hərbi orkestrin üvzü və bir polis hönkürtüsünü güclə saxlayırdı! Əslində polkovnik bunu bilərəkdən dedi. Dedi ki, bu dünyadan nakam köçən, sevgisi də içində tumurcuqkən torpağa gömülən Sərxanın sevdiyi də ola bilsin bu insan selinin içərisində idi! O eşitsin deyə…Dəhşətli səhnə idi! Çox dəhşətli!../qaziler.az/

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın