Ana səhifə / Müsahibə / Rusiyalı ekspert: “Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq”

Rusiyalı ekspert: “Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayacaq”

“Azərbaycanla Ermənistan arasında münaqişənin 20 ildən çox davam etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinin olmadığını göstərir. Atəşkəsin elan olunmasından 21 il vaxt keçib. Bu müdət ərzində atəşkəs hallarının pozulması saysız-hesabsızdır. Nəticədə tərəflərdən çoxlu sayda hərbçi və mülki insan itkiləri olub. Dağlıq Qarabağ heç bir zaman Ermənistanın tərkib hissəsi olmayacaq”.

Bunu APA-ya müsahibəsində Rusiyanın tanınmış politoloqu, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko bildirib.

Rusiyalı siyasi ekspertin fikrincə, bütün dünya Azərbaycanın güclü orduya sahib olduğunun bilir: “Amma müharibə meydanında qələbə çalmağa heç kimə icazə verməyəcəklər. Çünki bu, heç kimə lazım deyil. Nəzərə alaq ki, bu gün dünyada ərazi bütövlüyü və suverenitet kimi problemlər mövcuddur. Bu Ukraynada, Cənubi Qafqazda və Yaxın Şərqdə böyük problem olaraq qalır. Hamısında ərazi bütövlüyü və suverenitet problemi əsasdır”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyətini şərh edən Aleksey Malaşenko bildirib ki, onların prinsipi Dağlıq Qarabağda yeni müharibənin baş verməməsi üçün danışıqların davam etdirilməsinə səy göstərməkdi: “Nə qədər çox danışıqlar, bir o qədər az müharibə təhlükəsi…” – bu, ATƏT-in Minsk Qrupunun fəaliyyətinin əsas “devizi”dir”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın