Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Müsahibə / Qarabağda vəziyyət gərginləşsə, münaqişə Rusiyadan yan keçməyəcək

Qarabağda vəziyyət gərginləşsə, münaqişə Rusiyadan yan keçməyəcək

Yeni Rusiya” (rus: «Новая Россия») hərəkatının lideri, aktual iqtisadiyyat institutunun direktoru Nikita İsayevin Oxu.Az-a verdiyi müsahibəni təqdim edirik.

– Vyanda martın sonlarında ATƏT Minsk qrupu həmsdərlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirildi.  Həmsdərlər dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində danışıqlar prosesini davam etdirməyə hazırlıq ifadə etməsini alqışladı. Bir neçə gün öncə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə erməni həmkarı ilə növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə olunduğunu elan etdi. Necə düşünürsünüz, Mokva bu yolla Paris və Vaşinqtonla müqayisədə vasitəçilik təşəbbüsünü öz əllərində saxlamağa çalışır?

– Rusiynın mövqeyi açıq-aydındır: Post-sovet məkanı  bizim ölkə üçün və regionda qüvvələr balansının qorunub saxlanılması üçün son dərəcə vacibdir.  Prinsip etibarı ilə bizim dövlətin bir neçə yüz ili əhatə edən bayağı tarixi elə bundan ibarət olub. Hamımız vahid dövlətdə nə vaxtsa yaşamışıq. Ancaq elə ki, parçalanma baş verib,  hərə bir kənara çəkilib və çoxlarının köhnə yaraları açılıb.  Rusiyada milyon yarım erməni, milyon yarımdan çox azərbaycanlı yaşayır. Bu hələ rəsmi statistikaya görədir. Dağlıq Qarabağda vəziyyət yenidən gərginləşsə, bu münaqişə Rusiyadan da yan keçməyəcək.  Bu öz növbəsində “yatmış vəziyyətdə”  olan digər  beynəlxalq münaqişələrin canlanmasında detonator rolunu oynaya bilər. Elə vəziyyət yarana bilər ki, ölkəni daha “yığa” bilmərik. Son illər Moskva və Qərb arasında müşahidə olunan ixtilaflarda da nəzərə alınsa, kimlərinsə qəsdən partlayışa həssas olan “Qafqaz”a  yandırılmış kibrit yaxınlaşdıracağından ikiqat ehtiyat edirik. Ona görə, Rusiyanın  ayrı-ayrı məmurların şəxsi fikirlərini əsas götürmədən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində moderator və onun qarantı rolunda çıxış edəcəyi məntiqi baxımdan gözləniləndir.

– Əliyev- Paşinyan görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkdakı erməni icmasının nümayəndələri qarşısında çıxış edərək, “ərazilərin müqabilində sülh” formulasını “yeni ərazilər üçün yeni müharibə” formulasına dəyişdiriləcəyini bəyan etdi.  Beləcə Yerevanın təcavüzkar və işğalçı siyasətdən əl çəkmədiyinə açıq aydın eyham vurdu. Ancaq üstündən bir neçə gün keçməmiş, bunun tam əksinə deyən bəyanat səsləndirdi: Yerevanın müharibə istəməiyini, Azərbaycan rəhbərliyinin ordunu sülhə hazırlamasını istədiyini dilə gətirdi. Ermənistanlı müdafiə naziri  Bakının ünvanına etdiyi təhdid dolu bəyanatla nəyə nail olmağa çalışırdı. Və onun mövqeyini birdən birə 180 dərəcə dəyişməsi nə ilə əlaqədardır?

– Yəqin ki, Ermənistan müdafiə naziri müstəsna olaraq,  zala toplaşmış erməni diasporu nümayəndələri üçün izafi kişilik nümyiş etdirirdi (?? Onların qarşısında “kişilənmişdi” ???). Çünki o məmurun nitqi deyildi, siyasətçinin nitqi idi.  Yerli diasporun rəğbətini qazanmağa hesablanmışdı. Sirr deyil ki,  erməni diasporunda olan ermənilərin sayı, Ermənistanda yaşayan ermənilərin sayından çoxdur. Diasporun qılığına girmək Ermənistan hakimiyyəti üçün hal-hazırda olduqca vacibdir. Bilmirəm David Tonoyanın Vaşinqtondakı həmyerliləri həqiqətənmi bunları eşitməyə çalışırdı ya yox, bir şey dəqiq deyə bilərəm ki, onun məqsədi   onların dəstəyini qazanmaq idi.  Ancaq baş nazir Nikol Paşinyan, nazirin sözlərinin ikibaşlılığını  düzgün şəkildə “hamarlayaraq”, kontektstə  düzgün forma verdi. Paşinyan vurğuladı ki, söhbət münaqişənin müstəsna olaraq dinc yolla həllindən gedir, o həmçinin Ermənistanla Azərbaycan arasında danışıqlar formatının vacibliyini qeyd etdi.

–  “Müharibə təhdidlərinə biz sülhlə cavab verəcəyik, lazım gəlsə sülh vadar edəcəyik. Sülh çağırışlarına biz hazırlıqla cavab verəcəyik. Biz bunun üçün işləməyə hazırıq”, -deyə Paşinyan “Erkrapa” Qarabağ müharibəsi könüllüləri Birliyinin qurultayında etdiyi çıxışda bildirib.   Eyni zamanda Ermənistan baş naziri   Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejmin danışıqlar prosesinə cəlb olunmasının vacibliyindən söz açdı. Bu mövqe nə dərəcədə konstruktivdir  və mövcud reallıqla uzlaşır?

– Nikol Paşinyanın danışıqlar prosesində Ermənistan-Azərbaycan münaqişəsinin yekun nəticələrinin heç bir halda dövlətin status-kvosunu pisləşdirməsini istəmir. Əsas etibarı ilə,  İlham Əliyev də Qarabağ məsələsində qarşı tərəfə güzəştə getməyə hazırlaşmır. Dağlıq Qarabağ “hökumət nümyəndələrinin” prosesə cəlb olunması onlar dərhal legitimləşdirəcək, onlara bir növ subyektlik əta etmiş olacaq. Ardınca –bu həmin ərazilərin müstəqiliyinin dünya ictimaiyyəti tərəfindən tanınmasına birbaşa yol açacaq.  Daha sonra isə ikitərəfli istək olsa, onu başqa dövlətin ərazisinə də ilhaq edə bilərlər. Ona görə həm Paşinyan ,həm də Əliyevin bu məsələ ilə bağlı danışıqlar məntiqi tam təbii və anlaşılandır.

Dünya praktikasında belə münaqişələrin həllində müvəffəqiyyətin əldə olunmasına dair barmaqla sayılacaq qədər az nümunə  var. Bu ağrılı prosesdir.  Ancaq belə bir variantın təklifi Bakı və Yerevan arasında dialoqun canlanmasına vəsilə ola bilər.

– Yaxın zamanda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında real müsbət irəliləyişləri müşahidə edə bilərik? Bunun üçün nə gərəkdir?

–  Təxminən üç ilə əvvəl aprel ayında Dağlıq Qarbağda, təmas xəttində vəziyyət növbəti dəfə gərginləşmişdi, Azərbaycan – Ermənistan  münaqişəsində növbəti eskalasiya baş vermişdi. Ona sonradan 2016 Aprel müharibəsi adını qoydular. Döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak oldu, sülh prosesinin aqibəti isə ümumiyyətlə sual altına düşdü. Bu gün ən azından təmas xəttində insanlar həlak olmur, baş nazir Paşinyan və prezident Əliyev isə görüşlər keçirib, münaqişənin nizamlanması üzrə yol xəritəsinin axtarışında zəruri olan gündəm yaradırlar.  Bu ilin əvvəlində Davosda görüşmüşdülər, bu yaxınlarda isə Vyanada görüş keçirdilər… Bundan başqa hər iki tərəf  dövlətlərin liderlərinin başlatdığı dialoqun davam etdirilməsinin vacibliyini vurğulayır. Deməyə hələ ümid var. Deməli lazımı  qarşılıqlı etibar və qarşılıqlı hörmət var.

 Digər yandan, bu tarazlıq kifayət qədər incədir. Hər hansı siyasətçi və ya məmurun bir ehtiyatsız kəlməsi belə, partlayışa həssas region üçün detonatora  çevrilə bilər.

Prezidentlər, nazirlər, deputat korpusları səviyyəsində ikitərəfli görüşlər nə qədər çox və müntəzəm keçiriləcəksə, tərəflərin bir-birini dinləyəcəyi, kompromisə gedəcəyi, nədəsə güzəşt edəcəyi ehtimalı bir o qədər yüksək olacaq. Yəni belə  kommunikasiya vərdişinin püxtələşməsi münaqişənin hərbi həlli ssenarisinə faydalı alternativ ola bilər. Məncə belə yanaşmaya müəyyən ümidlər bəsləmək olar.

Həmçinin oxuyun

“Məqsəd regionda forpost dövlətlər, ilk növbədə Kürdüstanın qurulmasıdır”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Teleqraf.com-a müsahibə verib. Azinforum.az həmin müsahibəni təqdim edir: – …