Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Qarabağda nə baş verir? – Erməni əsgərləri güllələnib

Qarabağda nə baş verir? – Erməni əsgərləri güllələnib

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində bir neçə erməni əsgər yaralanıb.

“ Azinforum.az ” Modern.az-a istinadən xəbər verir ki, onların işğalçı ordunun nəzarəti altındakı Xocavənd rayonunda güllə yarası aldıqları bildirilir. Ermənistan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalının direktoru Aram Asaturyan bildirib ki, yaralanmış əsgərlərdən ikisinin vəziyyəti ağırdır, onların həyati təhlükəsi var.

Məlumata görə, ağır yaralanmış hərbçilər 24 yaşlı Xadjik Badalyan və 19 yaşlı Karapet Mikaelyandır. Onlardan biri qarın nahiyəsisindən və sağ budundan qəlpə yaraları alıb. Digərinin başından yaralandığı söylənilir. Erməni hərbçilərin hansı şəraitdə yaralandığı barədə hələ ki rəsmi məlumat açıqlanmasa da, sosial şəbəkələrdə hadisənin Azərbaycan tərəfinin açdığı atəş nəticəsində baş verdiyi bildirilir.

Hər iki hərbçinin Xankəndindəki hospitaldan Yerevandakı hərbi xəstəxanaya aparıldığı qeyd olunur. Daha bir erməni əsgərin isə Xankəndi hospitalında olduğu bildirilir. Ermənistan tərəfi hələ ki yaralı sayının neçə nəfər olduğunu rəsmən açıqlamayıb.

Ermənistanın bəzi informasiya saytları isə ölkə rəhbərliyinə daxil olan bir sıra rəsmilərin Qarabağdakı situasiya ilə bağlı təşvişə düşdükləri barədə xəbərlər yayıblar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan özünün Facebook səhifəsində Azərbaycanla təmas xəttində atışmanın ara-sıra davam etdiyini bildirsə də, situasiyanın təhlükəli olmadığını vurğulayıb. “Hazırda əməliyyat və taktiki vəziyyət sabitdir”, -deyə o bildirib. Artsrun Ovannisyan qeyd edib ki, Qarabağdakı işğalçı ordu vəziyyəti nəzarət altında saxlayır. O, medianı dezinformasiya və yoxlanılmamış məlumat yaymaqdan çəkinməyə çağırıb.

Ermənistan prezidentin sözçüsü David Babayan da mediaya Qarabağdakı vəziyyətlə bağlı açıqlama verib. O, təmas xəttində qeyri-adi heç bir şeyin baş vermədiyini bildirərək, Azərbaycan tərəfini atəşkəsi pozmaqda ittiham edib. O, Qarabağdakı erməni ordusunun vəziyyətə nəzarət etdiyini söyləməyi də unutmayıb: “Hazırda hər iki tərəfdən cavab atəşləri açılır. Amma vəziyyət o həddə çatmayıb ki, biz apreldə olduğu kimi yeni müharibənin başlandığı barədə həyəcan siqnalı verək. Vəziyyət aprel müharibəsindən sonrakı situasiyadan fərqlənmir, dəyişməyib”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın