Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Qarabağ: güclü diplomatik səylər olmasa döyüşlər qızışacaq

Qarabağ: güclü diplomatik səylər olmasa döyüşlər qızışacaq

Mənzil-qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) 2017-ci ildə dünyanı təhdid edə biləcək böhranlardan söz açan hesabatını açıqlayıb.

Virtualaz.org xəbər verir ki, təşkilatın illik hesabatında dünyanın ən narahat bölgələrindən biri kimi Qarabağ münaqişəsi bölgəsindəki vəziyyətdən də bəhs edilir.

Sənəd müəllifləri ötən ilin aprel hadisələrini xatırladaraq, Dağlıq Qarabağda gərginliyin qaldığını, 2017-ci ildə bu gərginliyin artma təhlükəsinin böyük olduğunu vurğulayırlar. Beynəlxalq Böhran Qrupu bildirir ki, diplomatik cəhdlər olmasa, 2017-ci ildə Qarabağda döyüşlərin qızışacaq və bundan daha çox dinc əhalinin əziyyət çəkəcək, düşmənçilik tələfatla, insanlar öz ev-eşiklərini tərk etməli olacaq.

Hesabatda hər iki tərəfin silahlandığını, həm Azərbaycan, həm də Ermənistanın bir-birinin ərazisini dağıda biləcək silahlara malik olduğunu qeyd edir. «Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir», – deyə təşkilatın analitikləri xəbərdarlıq edir.Analitiklərin fikrincə, Bakı da, İrəvan da, döyüşlərə başlasalar, güclü regional təzyiqlə üzləşəcəklərini bilirlər. «Amma hər iki tərəf düşmənçiliyin öz xeyrinə olacağını düşünər. Bakı diplomatik səylərin nəticə vermədiyini görərsə, durumu dəyişməyə yenidən can ata, İrəvan isə aprel döyüşlərindəki uğursuzluğun başlanğıc olmadığını nümayiş etdirməyə çalışa bilər», – hesabatda vurğulanır.

Beynəlxalq Böhran Qrupu ekspertləri qeyd edirlər ki, Qarabağ məsələsinin yeganə həlli yolu güzəştli danışıqlardır. Lakin hər iki tərəfdə müharibə ritorikasının üstünlük təşkil etməsi, ən başlıcası isə, hər iki ölkədə bir-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi, yəni xalqlar arasında ünsiyyətin olmaması sülhün əsas əngəlləridir.

Narahatlığa baxmayaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin nizamlanması prosesində xeyli zəifliyi qeyd olunur. BBQ Minsk qrupunda sükanı Moskvanın ələ aldığını, 2016-cı ilin aprel döyüşlərindən sonra atəşkəsə Rusiyanın nail olduğunu xatırladır. Digər həmsədrlərin Moskvanın liderliyinə qarşı çıxmadıqlarını, özlərinin isə problemə biganə yanaşdıqlarını qeyd edir. «Yeni ABŞ administrasiyası Qarabağ məsələsiylə, hələ ki, maraqlanmayıb, Fransanın da başı prezident seçkilərinə qarışıb… AB-nin təsiri isə güclü olsa da, məhduddur», – təşkilat bildirir.

«Amma Moskvanın da Bakı və İrəvana nüfuzunun həddi var. Digər tərəfdən, Qarabağ probleminin tam həllinin Moskvanın maraqlarına uyğun olub-olmaması sual altındadır»-Beynəlxalq Böhran Qrupu bildirir.

Sənəd müəllifləri Rusiyanın son illər həm Azərbaycan, həm də Ermənistanı silahlandırdığını qeyd edirlər. Rusiyanın İrəvan, Türkiyənin isə Bakı qarşısında öhdəliklərini xatırladaraq, hər iki ölkənin, həmçinin İranın Qarabağ münaqişəsinə qarışa biləcəyini ehtimal edirlər.

Sənəddə qonşu ölkələrdən Türkiyə, Rusiya və İranla bağlı narahatlıqlardan da danışılır. Türkiyənin «İslam Dövləti» (İŞİD), PKK, Suriya qaçqınlarıyla bağlı yeni sınaqlarla üzləşdiyi, o biri tərəfdən də hökumətin öz hakimiyyətini gücləndirməkdə olduğu vurğulanır. Mütəxəssislər Rusiyaya yaxınlaşmaqda olan Türkiyənin bir-birinə zidd istiqamətlərə yönələ biləcəyini, AB ilə Türkiyə arasındakı etimadsızlığın əməkdaşlıq sahələrini azaldacağını ehtimal edirlər.

Hesabatda Rusiyanın artan maraqlarının, dünyanın əsas oyunçusuna çevrilmək cəhdlərinin bütün dünyanı yeni sınaqlarla üzləşdirdiyi qeyd edilir. Digər tərəfdən, yeni ABŞ prezidenti Donald Trampın NATO-ya münasibəti, eləcə də, Britaniyanın Avropa Birliyindən çıxması Avropanın əsas qurumlarının gələcəyinə şübhə yaradıb, silahlara nəzarətlə bağlı anlaşmaların da təhlükə altında olması insanlarda etimadsızlıq, etibarsızlıq hissini artırıb. Məsələn, «AB-yə üzv olan, NATO ilə əməkdaşlıq edən Baltikyanı ölkələrinin təhlükəsizliyi təmin olunub, amma Rusiyanın təxribatları və kiber-hücumlarıyla bağlı qorxuları artmaqdadır». Beynəlxalq Böhran Qrupunun hesabatında belə deyilir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın