Bazar ertəsi , May 10 2021
Ana səhifə / Müsahibə / “Qarabağ bizim məbədimizdir” – “Kurtlar Vadisi”nin məşhur aktyoru

“Qarabağ bizim məbədimizdir” – “Kurtlar Vadisi”nin məşhur aktyoru

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib.

Erhan Ufaq media nümayəndələrinin suallarını cavablandırıb.

– Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?

– Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq.
Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram.

– Sizin yaradıcılığınızda “Kurtlar Vadisi” serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?

– “Kurtlar Vadisi” serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir.

– “Kurtlar Vadisi” serialının davamı olaraq “Kurtlar Vadisi Xaos”un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?

– Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur.

– “Kurtlar Vadisi Xaos” serialı çəkilən zaman layihədə yer alacaqsınızmı?

– Serial çəkiləcəksə, layihədə yer alacam.

– Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?

– Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.


– 14 il “Kurtlar Vadisi” serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?

– 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.

– Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb…

– Bunun da müddəti var. Bəlli bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. İnsanların xüsusi marağına səbəb olan seriallar çəkilir. Həmin layihə tutduqdan sonra davamı çəkilir.

– Türkiyədə “Netflix” sosial platforması üstünlük təşkil edir. Sizə televiziya yoxsa sosial platformada yer almaq daha asandır?

– Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.

– Sizi Azərəbaycanda “Kurtlar Vadisi” serialının Güllü Erhanı kimi tanıyırlar.
Ölkəmizdə reaksiyalar necədir?

– Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhandır. Ona görə də hər hansı çətinliyim yoxdur.

– Türkiyənin tanınmış şirkəti olan “Osman Sınav” Qarabağla bağlı film çəkəcək.

– Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah film çəkərlər. Çox gözəl bir layihədir.

– Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?

– Təbii ki, böyük mənuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim.

– Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?

– Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.

Musavat.com

Həmçinin oxuyun

Azərbaycanlı qadın həmcinsi ilə evlənib — FOTO

Mahizər Salmanova ailə qurması ilə gündəm olub. Onun toyunda ən çox diqqətçəkən məqam onun həmcinsi …