Bazar , Noyabr 29 2020
Ana səhifə / Müsahibə / Ordumuzun geri aldığı Talış kəndindən… – “Ermənilər silah-sursatı atıb qaçırdılar…”

Ordumuzun geri aldığı Talış kəndindən… – “Ermənilər silah-sursatı atıb qaçırdılar…”

İki gündür Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflər arasında razılıq əldə olunsa da Ermənistan ordusu buna əməl etmir.

Həmçinin düşmən aprelin 2-dən 5-nə qədər davam edən hərbi əməliyyatlar zamanı Azərbaycan ordusunun əldə etdiyi mövqeləri geri qaytardıqları barədə əsassız və yalan məlumatlar yaymaqda davam edir.

Əsl həqiqəti görmək və hər bir azərbaycanlıya çatdırmaq üçün birbaşa cəbhəyə yollanırıq. Çəkiliş qrupumuzu müşayiət edən zabit təqribən 200 metrdən sonra azad olunmuş əraziyə daxil olacağımız barədə məlumat verir.

Düşmənin keçilməz sədd adlandırdığı yeri (vaxtilə Ermənistan ordusunun istehkam xətti olub) biz hərbi avtomobillə keçirik. Daha 2 km getdikdən sonra bizi qalib ordunun əsgərləri qarşılayır.

Talış kəndi ərazisində olan Azərbaycan əsgərləri

Hər birinin üzündə fərəh və qürur hissi görürük. 24 ildir azərbaycanlı ayağı dəyməyən ərazidəki ən uca zirvədə isə layiq olduğu bayraq dalğalanır.

Hazırda biz Talış kəndi ərazisindəki yüksəkliklərdəyik. Hansı ki, 5 gün öncə burada Ermənistan ordusu mövqelənmişdi. Artıq Azərbaycan ordusu yüksəkliyi ələ keçirib və Azərbaycan bayrağını ən yüksək təpəyə sancıb.

Əhval ruhiyyəsinin yüksək olduğu hər halından hiss olunan Azərbaycan əsgəri artıq yeni mövqelərində möhkəmlənir.

“Ermənilər silah-sursatı atıb qaçırdılar, biz də irəliləyirdik. İndi qazıntı işləri gedir. Bacardığımız qədər möhkəmləndirəcəyik mövqeləri”, – əsgər Sahib Musayev bildirdi.

“Biz bu tanklarla sübut elədik ki, Azərbaycan Silhalı Qüvvələri, Azərbaycan tankçıları nəyə qadirdir. Tanklarımızın durduğu yerə 23-24 ildir azərbaycanlı ayağı dəymirdi. Biz hələ bundan qabağa da getməyə hazırıq. Əhval-ruyiyyədə ki, şəxsi heyətdə yüksəkdir”, – tankçı Səxavət Baxışov dedi.

Çəkiliş zamanı Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun yeni mövqelərini atəşə tutur. Azərbaycan əsgəri isə məğlub Ermənistan ordusunun pərakəndə atəşini mərdliklə qarşılayır. Cavab atəşi açmır sadəcə hazır vəziyyətdə gözləyir.

Azərbaycan Ordusunun nəzarətinə keçən ermənilərin postu

Çəkiliş qrupumuz irəlidə daha bir tərk edilmiş erməni mövqeyinə yaxınlaşır. Ətrafda Ermənistan əsgərinin təlaşdan atıb qaçdığı sursat və yeşikləri, erməni dilində yazılmış sənədlər diqqətimizi cəlb edir.

Gördüyünüz bu tikili vaxtiylə Ermənistan silahlı birləşmələrinin mövqeyi olub və biz buranı həmişə 2,5 uzaqdan, Tap-Qaraqoyunlu kəndindən çəkib göstərməyə çalışmışıq, İndi isə biz həmin mövqeyin içərisinə girəcəyik. Yenə bizi qalib ordunun əsgərləri qarşılayır. Axşama doğru biz geri dönürük. Azərbaycan əsgəri isə işğal altındakı əraziləri azad etmək üçün döyüş əmri gösləyir.(ans)

Həmçinin oxuyun

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” – Tofiq Zülfüqarov

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını …

Bir cavab yazın