Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Müsahibə / “Onları elə yollardaca məhv etmək daha sərfəlidir” – Tofiq Zülfüqarov

“Onları elə yollardaca məhv etmək daha sərfəlidir” – Tofiq Zülfüqarov

Sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun Moderator.az-a müüsahibəsini təqdim edirik: 

– Tofiq bəy, artıq iki gündür ki, düşmənə qarşı uğurlu hərbi əməliyyatlar davam edir. İki günlük bu əməliyyatların gedişatı ilə bağlı nə deyə bilərsiniz?

-Burada həm hərbi, həm də siyasi nüanslar var. Hərbi baxımdan görünən odur ki, Azərbaycan özünün artilleriya, raket, aviasiya və dron üstünlüklərindən istifadə edir. Düşmənin canlı qüvvəsi və texnikası elə mövqelərdəcə məhv edilir. Bu taktika Türkiyənin Suriyada terrorçulara qarşı tətbiq etdiyi taktikanı yada salır.

Itkilər düşməni ehtiyatdakı qüvvələri ön xəttə cəlb etməyə vadar edir ki, onları elə yollardaca məhv etmək bizim üçün daha sərfəlidir. Bu, bizi onları bir-bir hansısa meşə və dağda tapıb zərərsizləşdirmək məcburiyyətindən azad edir. Bu, olduqca uğurlu taktikadır.

Siyasi elementlərə nəzər salsaq görərik ki, ermənilər hərbi əməliyaytların elə ilk günündən müxtəlif dövlətlərin paytaxtına zəng edərək onlardan kömək diləməyə başladı. Belə bir kömək isə zənnimcə yoxdur və olmayacaq da.

-Tofiq bəy, bəzi dövlətlər Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa, danışıqları prosesini bərpa etməyə çağırır. Sizcə uzun illər səmərəsiz danışıqlardan səbri tükənən Azərbaycan üçün belə bir çağırış nə dərəcədə cəlbedicidir?

-Danışıqların bərpa olunması ilə bağlı təkliflər var. Lakin düşünürəm ki, Azərbaycanın bu müraciətlərə cavabı artıq verilib. Cənab prezident mətbuat nümayəndələri ilə görüşündə bildirdi ki, biz danışıqlar prosesinə o zaman qoşula bilərik ki, bizə təqdim olunan sənəd təqvim şəklində təqdim edilsin və orada göstərilsin ki, işğalçı qüvvələr hansı bölgədən hansı tarixdə çıxacaq. Indiki şəraitdə Azərbaycanın cavabı bu bəyanatda mövcuddur. Minsk qrupu tərəfləri danışıqlara səsləyir. Bizsə deyirik ki, gedin belə bir sənəd hazırlayın, ermənilərin razılığını alın, biz də bu sənədə qoşulaq.

Işğaldakı torpaqlarımız qeyd-şərtsiz azad edilməlidir. Bizim tələbimiz bundan ibarətdir. Təəssüflər olsun ki, bizim şərhçilər bunu şərh etməyib. Lakin indiki məqamda bu, bizim mövqeyimizi əks etdirə biləcək bir yanaşmadır.

– Bir qədər əvvəl qeyd etdiniz ki, Ermənistanın müraciətlərinə rəğmən ona kömək edən olmayacaq. Sizcə Paşinyanın köməklə bağlı yalvarışlarının nəticəsiz qalmasına səbəb nədir və ya nə ola bilər?

– Hesab edirəm ki, Paşinyan kömək üçün müraciət edəndə ona bu torpaqların Azərbaycanın torpağı olduğu xatırladılıb. Çox güman, Paşinyana bildirilib ki, bu torpaqlar Azərbaycanın olduğu üçün burada Ermənistan üçün bir təhlükə yoxdur. Odur ki, ola bilsin ki, Paşinyan bir daha təxribata əl atsın, dövlət sərhəddində hansısa təxribat törətməyə cəhd etsin. Xüsusilə “Türkiyə təhlükəsini” qabartmaq üçün bunu Naxçıvan bölgəsində də həyata keçirə bilər. Yaxud iki ay bundan öncə olduğu kimi, Tovuz istiqamətində hansısa təxribata əl ata bilər. Belə bir təxribat, zənnimcə gözləniləndir.

Həmçinin oxuyun

“İlham Əliyevə yalvaracaq ki, ermənilərə orada bir yaşamaq hüququ verin”

Dünən Azərbaycan Ordusunun azad etdiyi yaşayış məntəqələri içərisində Qubadlı rayonunun Əbilcə kəndi də var. Bu …