Şənbə , Noyabr 27 2021
Ana səhifə / Müsahibə / Ölü və yaralıları daşımağa vertolyot çatışmır – Ermənistan KİV

Ölü və yaralıları daşımağa vertolyot çatışmır – Ermənistan KİV

Erməni KİV-ləri itkilərlə bağlı həqiqəti əks edən məlumatlar yaymaq tələbi ilə ölkənin Müdafiə Nazirliyinə müraciət ediblər. Bəyanatda rəsmi Yerevanın yalan məlumat yaydığı bildirilir: “Biz ermənilər ilk növbədə cəbhə xəttində həlak olan hərbçilər və dinc sakinlərlə bağlı həqiqəti əks etdirən məlumatları almaq istəyirik. KİV-ə daxil olan məlumatlar isə çox səthidir. Erməni jurnalistlər məlumatları vətəndaşlardan almaq məcburiyyətindədirlər – tibb məntəqələrindən, meyitlərin aparıldığı kilsələrdən məlumat götürürlər. Hadisə şahidləri dəhşətli sözlər danışırlar – yaralıları daşımaq üçün vertolyotlar çatmır, yaralıları avtomobillərlə daşıyırlar və onlar yoldaca vəfat edirlər, hospitallar yaralıları qarşılamağa hazır deyillər – personal yoxdur, dərmanlar çatmır. Xalqın doğru məlumatı bilmək hüququ var”

Erməni jurnalistlər sualla çıxış edirlər: “Müdafiə Nazirliyinin rəsmi məlumatları hardadır? Bu məlumatlar yoxdur, kabinet “siçovulları” ağızlarına su alıb otururlar. Həqiqət nə qədər ağır olsada biz onu bilməliyik”.(Report)

Həmçinin oxuyun

“Biz ermənilərin dərsini verdik, Kreml də göz yumdu” – Zərdüşt Əlizadə

Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu, siyasətçi Zərdüşt Əlizadənin müsahibəsini təqdim edirik: – Sərhəddəki son təxribat …

Bir cavab yazın