Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Müsahibə / Müdafiə Nazirliyi: “Düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasını məhv edilib”

Müdafiə Nazirliyi: “Düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasını məhv edilib”

Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib: “Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq”.

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …

Bir cavab yazın