Bazar , Noyabr 29 2020
Ana səhifə / Müsahibə / Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60 və 82 millimetrlik minaatanlardan da (56 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub.

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Məzəm və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” – Tofiq Zülfüqarov

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını …

Bir cavab yazın