Cümə axşamı , Noyabr 21 2019
Ana səhifə / Müsahibə / Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Mövqelərimiz minaatanlardan atəşə tutuldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Həmçinin oxuyun

“Hər məmur sevgilisinə bir veriliş açıb”

“Mediamız bərbəd vəziyyətdədir, yaltaqlıqla məşğuldurlar, ancaq şəxsi problemlərinin həllinə çalışırlar” Tanınmış politoloq, istiqlalçı deputat, professor …

Bir cavab yazın