Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı – Açıqlandı

Meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı – Açıqlandı

Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.

Mingəçevirdən olan deputat Aydın Mirzəzadə onlardan ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.

Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə həlak olub. “Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir”, – deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək. Report

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın