Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Müsahibə / “Maaş lazımdır ki, insanlar yaşasın”

“Maaş lazımdır ki, insanlar yaşasın”

Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkədə birində pandemiyaya görə teatrların uzun müddət bağlı qalmasına tənqidi münasibət bildirib.

Əməkdar artist bu istiqamətdə sualları cavablandırıb.

– Sənubər xanım, teatrların bağlı olmasına etiraz etmirsiniz. Məlum olduğu kimi, bu, ölkədə tətbiq olunan karantin rejimi ilə bağlıdır…

– Bütün ölkələrdə teatrlar müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərir. Onsuz da bizim teatrlarda zal tamamilə dolu olmurdu. Tamaşalara uzaqbaşı 400-500 nəfər gəlirdi. Hazırkı şəraitdə tamaşaçı salonuna 300-200 nəfər buraxsalar, heç bir təhlükə olmaz. Təki sənət yaşasın.

Sənət yaşamalıdır, bunun üçün tamaşalar nümayiş olunmalıdır. Bütün ölkələrdə teatrlar açıldı, tamaşalar göstərildi. Təbii ki, pandemiyaya görə müxtəlif məhdudiyyətlər tətbiq olunmalıdır. İnsanların sağlamlığı çox vacibdir. Neçə gündür ki, hiss edirəm, artıq səbrim tükənib.

Düzdür, dövlətimiz sağ olsun, maaşımızı vaxtında verir. Maaş lazımdır ki, insanlar yaşasın. Buna görə dövlətimizə minnətdaram. Amma qeyd etdiyim kimi, sənət də yaşamlıdır. Sənətə göz yummaq olmaz. Bir il teatrın qapıları bağlı qalmamalıdır. Sənətin bir il tamam kənarda qalması mənim aləmimdə faciədir. Bundan artıq heç nə deyə bilmərəm.

-TƏBİB-ə müraciət etmək istəyərsiniz?

– Mənim bildiyim bir şey var: Teatrların qapıları açılmalıdır. Dediyim kimi, nə məhdudiyyət qoyulursa qoyulsun. Hamısı ilə razıyam. Teatra gedərkən hər gün tetsdən keçək, amma səhnədə tamaşalar nümayiş olunsun, teatr sənəti yaşasın. Bu bir il teatrın ömründən gedir, sənət ölür, inkişafdan qalır.

Bəs gənclər harada yetişsin?! Teatr millətin gələcəyidir. Bağla otur, sonra…İnkişaf harada gedəcək?!

– Bu məsələ ilə bağlı Akademik Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Nemətova fikirlərinizi bildirmisiniz?

– Xeyr, bildirməmişəm. İnanıram ki, Azərpaşa Nemətov da mənim kimi düşünür. Teatrı sevən hər kəs və tamaşaçılarımız da mənimlə həmfikirdirlər. Teatr vacibdir, açılmalıdır, fəaliyyət göstərməli və inkişaf etməlidir.

Həmçinin oxuyun

“Ədəbiyyatın meydanı boşdur” – FOTO

“Kaspi” qəzetinin qonağı Əməkdar incəsənət xadimi, yazıçı, tele-aparıcı Orxan Fikrətoğludur. Orxan müəllimlə ədəbiyyatımızın mövcud problemləri və …