Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Lerikin şəhidi torpağa tapşırıldı – FOTOLAR

Lerikin şəhidi torpağa tapşırıldı – FOTOLAR

Düşmənin snayper atəşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əsgəri, 1996-cı il təvəllüdlü Vüsal Əmir oğlu Əliyev bu gün dəfn olunub.

Azinform.az APA-ya istinadən xəbər verir ki, bu ilin yanvarında hərbi xidmətə çağırılmış şəhid əsgər doğulduğu Lerik rayonunun Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, kənd sakinləri, şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirilib.

Şəhid Vüsal Əliyev yaylım atəşi altında torpağa tapşırılıb. Onun tabutunun büküldüyü Azərbaycan bayrağı yaxınlarına verilib.

Qeyd edək ki, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq, düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib. İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz-əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın