Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Müsahibə / “İstefa verməsinə sevindim” – Oğlu Şahin Diniyev haqqında

“İstefa verməsinə sevindim” – Oğlu Şahin Diniyev haqqında

“Qarabağ”ın futbolçusu Coşqun Diniyev səfərdə “Zirə” qələbəsindən sonra Futbol11-in suallarını cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

– İki fərqli hissə izlədik. İlk yarıda “Qarabağ” rəqibinə göz açmağa imkan verməsə də, fasilədən sonra oyunun ssenarisi dəyişdi. Bu, nə ilə bağlı idi?

– “Zirə”nin meydanında oynamaq istənilən komandaya çətin olur. Əvvəlcədən çətin olacağını bilirdik. Mövsümün sonunda çempion olmaq istəyiriksə, əsas rəqiblərimizi məğlub etməliyik. Şükürlər olsun ki, bun qazandıq.

İstənilən komanda 90 dəqiqə eyni tempdə oynaya bilməz. Bəzən rəqib, biz üstün oynaya bilərik. Əsas məqsəd 3 xal qazanmaq idi, bunu da bacardıq.

– “Qarabağ”da az şans qazanırsan, əvvəlki komandan “İnter”də isə stabil oynayırdın. O günlər üçün darıxmırsan?

– Hər bir futbolçu oynamaq istəyər. Açığı, ehtiyatda qalanda narahat oluram. Amma yenə deyirəm, buradan qaçıb getmək mənim üçün yol deyil. Özümü “Qarabağ”da sübut etməyə çalışıram. İnanıram ki, gələcəkdə daha yaxşı oynayacam və özümü sübut edəcəyəm.

– Mərkəz xəttində Almeyda ilə yaxşı anlaşsan da, Miçellə elə də yaxşı alınmır. Hətta bəzi oyunlardan sonra mübahisə də edirsiniz.

– Artıq öyrəşmişik. O, meydanda başqa olur, meydanda kənarda başqa. Biz bunu anlayırıq, düşmənçiliyimiz yoxdur. Olanlar hamısı meydanda qalır, meydandan kənarda kollektivik, dostuq.

– Yəqin ki, “Çelsi”yə böyükhesablı məğlbiyyətdən sonra bu oyuna hazırlaşmaq çətin oldu. Həm psixoloji durum, həm də həmin oyunda hakimin haqsız qərarları baxımından. Sizə nə dərəcədə çətin idi?

– Əslində, elə oyunlar, elə qərarlar bizi möhkəmləndirir, belə oyunlara hazırlayır. “Qarabağ”da heç vaxt belə problem görməmişəm.

– Şahin Diniyevin “Kəpəz”dən gedişi ilə bağlı nə deyə bilərsən?

– Peşəkar cəhətdan yanaşsaq, atamın istefa verməsini gözləmirdim. Amma emosiyalara qapanıb desəm, onun istefa verməsinə sevindim. Kənardan baxan bunu hiss etməsə də, mən atamın o komandada nə əziyyətlər çəkdiyini görürdüm. Komanda yaxşı vəziyyətdə deyil. Düşünürəm ki, atam vaxtında istefa verməyi bacardı.

– Şahin müəllimin səhhəti necədi, əvvəlki qədər həyəcanlı olmur?

– Əvvəllər ürək ağrıları var idi, indi isə sakit həyat yaşayır. Mənim üçün əsas atamın işi deyil, sağlamlığıdır.

Həmçinin oxuyun

Tanınmış konfliktoloq: “Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!”

Qubadlı rayonunun Əbilcə kəndindən olan konfliktoloq Elxan Mehdiyevlə müsahibəni oxucularına təqdim edirik:  – Elxan bəy, …