Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Müsahibə / İsrailin Azərbaycana verdiyi PUA-larla bağlı dezinformasiya erməni TƏXRİBATIDIR

İsrailin Azərbaycana verdiyi PUA-larla bağlı dezinformasiya erməni TƏXRİBATIDIR

Həqiqəti əks etdirməyən bu tip məlumatıların media səhifələrinə çıxarılması Azərbaycan-İsrail hərbi-texniki əlaqələrinə zərbə vurmaq məqsədi daşıyır. Həmin dezinformasiyanın arxasında şirkətlər arası rəqabət və ya İsraildə mövcud olan erməni diasporunun “fəaliyyəti” durur”.
Bunu BiG.AZ-a açıaqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

İsrailin Azərbaycana verdiyi PUA-larla bağlı dezinformasiya erməni TƏXRİBATIDIR

Onun sözlərinə görə, İsrail-Azərbaycan hərbi-texniki əməkdaşlığı ilə bağlı dezinformasiyalar adıçəkilən ölkənin kütləvi informasiya vasitələrində əvvəllər də yer alıb. Lakin məqalələr effektiv olmayıb. Bu məqalə də münasibətləri korlaya bilməyəcək:
“İsrail hərbiləşmiş dövlətdir və həmin ölkədə bu tip yazıların qəzet səhifələrinə çıxması nadir hallarda olur. Yəni yəhudi dövləti öz hərbi-texniki əlaqələrini daim gizli saxlayır. Lakin İsrailin “Maariv” qəzetinin hansı şərtlər qarşılığında bu məqaləni tirajladığı mənə bəlli deyil. Amma görünən odur ki, məqalənin çapında maraqlı olan qüvvələr ölkələr arası münasibətlərin korlanmasını qarşılarına məqsəd qoyublar”.

R. Məmmədli bildirib ki, məqalədə yer alan məqamlar məntiqi baxımdan da əsaslı deyil:
“Qəzetin yazdığına görə İsrail Müdafiə Nazirliyinin qaydaları silah təchizatçılarının başqa ölkələrin ərazsində döyüş əməliyyatlarında birbaşa və ya dolayısı iştirakını qadağan edir. Belə iştirak üçün Müdafiə Nazirliyinin xüsusi icazəsi lazımdır. Əvvəlcə onu qeyd etmək lazımdır ki, İsrail qanunlarına görə, ölkədən satış və ya təqdimat üçün çıxarılan bütün məhsullara bu ölkənin Müdafiə Nazirliyi xüsusi icazə sənədi verir. Amma silahın hansı şəraitdə istifadəsinə isə İsrail dövləti məəsuliyyət daşımır. Məntiqi baxımdan da bu yanlış yanaşmadır. Necə yəni yəhudi mütəxəssislər imtina etdi, azərbaycanlı hərbçilər özləri təcrübədən keçirtdi. Göründüyü kimi məqalədə bir-birini təkzib edən məqamlar var”.
R. Məmmədlinin sözlərinə görə, belə çıxır ki, Rusiya Azərbaycana satdığı hərbi-texniki vasitələrin rəsmi Moskvanın KTMT-da müttəfiqi olan müttəfiqinə qarşı istifadəsinə icazə verməməlidir:
“Bu gülünc və əsası olmayan təhlildir. Digər tərəfdən isə satınalınan istənilən məhsul praktik yoxlamadan keçirilə bilər. Belə kiçik məsələlərdə “Aeronautics Defense Systems” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyinin hər hansı narazılığının yarandığına da inanmıram. Bir sözlə məqalənin təxribat xarakterli olduğunu düşündüyümdən, şişirdilməsinin də əleyhinəyə”.

Həmçinin oxuyun

Tanınmış konfliktoloq: “Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!”

Qubadlı rayonunun Əbilcə kəndindən olan konfliktoloq Elxan Mehdiyevlə müsahibəni oxucularına təqdim edirik:  – Elxan bəy, …

Bir cavab yazın