Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib – FOTO

İşğaldan azad olunmuş Lələtəpədə qurban kəsilib – FOTO

Silahlı Qüvvələrdə “Milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında keçirilən silsilə tədbirlər çərçivəsində Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş zirvələrdə olub və əsgərləri ilə görüşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna “Yasin” oxunub.

Daha sonra aprel döyüşlərində iştirak edən əsgərlər və zabitlər bu döyüşlərlə bağlı xatirələri bölüşüblər.

El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın