Şənbə , Fevral 23 2019
Ana səhifə / Müsahibə / İndiyə qədər əlində mobil telefon və noutbuk tutmamış adamla söhbət

İndiyə qədər əlində mobil telefon və noutbuk tutmamış adamla söhbət

O, heç vaxt əlində mobil telefon, noutbuk, bank kartı, dollar və müasir pullar tutmayıb. Sergey Xvastunov az qala 30 ildir ki, Mordoviyadakı ömürük həbs cəzası almış məhbuslar üçün nəzərdə tutulmuş həbsxanada yatır. O, yalnız kasetlə işləyən maqnitofonları və ən sadə oyunlar üçün nəzərdə tutulmuş “Elektronika” oyuncaqlarını xatırlayır. Xvastunov sanki sovet dövründə ilişib qalıb və onunla söhbət zaman maşınında keçmişə səyahəti xatırladır.

Sergey Xvastunov bu həbsxananın ən sakit və üzüyola məhbuslarından biridir. Lakin dəmir barmaqlıqlar arxasında keçirilmiş onilliklər insana təsirsiz ötüşə bilməz.

– Bağışlayın, demək istəyirəm ki, bura qadınlar az-az gəlirlər və mənə belə gəlir ki, onların hamısı inanılmaz dərəcədə gözəldirlər. Dəli oluram! Allah sizə can sağlığı versin…

– Sizə də. Sergey Nikolayeviç, neçə ildir ki, burdasınız?

– 1992-ci ildən. Belə çıxır ki, 27 ildən çoxdur.

– Həyatınız burda neçə keçir?

– Burda hər şey rejimə tabedir. Tikiş sexində işləyirəm. Bəzən televizora baxmağa icazə verirlər. Rəfiqələrimlə və dostlarımla məktublaşırdım, amma 20 ildən sonra yavaş-yavaş hamı yaddan çıxardı. Amma bəzən qəribə şeylər olur: birdən köhnə tanışlardan kimsə yadına salır – yenidən yazmağa başlayır. Azadlıqda olduğum vaxtda nə evlənməyə, nə də oğul-uşaq sahibi olmağa imkan tapmadım. Bəlkə də, yaxşı ki, belə oldu. Daha az həyəcan var…

– Siz burada olduğunuz vaxt ərzində dünya xeyli dəyişib.

– Əlbəttə! Televizorda gördüyüm şeylər çox əcaib görünür.

– Heç əlinizdə mobil telefon tutmusunuz?

– Bizə il ərzində bir neçə zəngə icazə verilir. Anama zəng edəndə tutmuşam, hə.

– Axı bildiyimə görə siz adi düyməli telefonla zəng etmisiniz, bu isə mobil telefon deyil.

– Hə də. Amma mənimçün elə o da möcüzədir. Məni tutan vaxtlar telefonlar fırlanan disklə idi, nömrəni elə yığırdıq. Başa düşürsünüz, nədən danışıram? Nömrə təyin edən telefonlar çox nadir hallarda rast gəlinirdi. İndi isə elə aparatlar var ki… Koloniyada divarda bir dəfə Skayp görmüşəm. Skaypla danışmamışam, anamda belə şey yoxdur. Amma Skayp əla şeydir, söz yox. Bir dəfə kameraya yanıma 28 yaşlı qonşu oğlan gəlmişdi. Mənə telefonlar və maşınlar haqqında elə şeylər danışırdı ki, adamın inanmağı gəlmir. Biz burda televizorda hərdən reklamları görürük, elə şeyləri orda göstərirlər. Amma canlı adamın danışmağı başqa şeydir.

– Bəs müasir pulları görmüsünüz, toxunmusunuz?

– Yox.

– Biz sizə göstərmək istəyirik. Budur.

– Sağ olun. Pul elə puldur. Qəşəngdirlər. 100 rubla indi ancaq bir qutu siqaret almaq olar. Özüm çəkən deyiləm, amma bilirəm. Deyirlər, indi dondurma bahadır – 50 rubl. Əvvəllər 10 qəpik idi. Köhnə 100 rubla çox şey almaq olardı. Dostumun nənəsi 25 rubl pensiya alırdı, hər şeyə çatırdı. Bəs indi? Fərq çox böyükdür.

– Hesab edirsiniz ki, insanlar indi daha pis yaşayır?

– Deyə bilmərəm. Anam və bacım Anna görüşlərə gəlirlər, normal geyinirlər, mənə xeyli yemək gətirirlər – hərəsi 20 kiloqram. Lakin söhbətlərindən başa düşürəm ki, azadlıqda gərginlikdir, çox adamı ixtisar edirlər, iş yerindən bərk yapışmalısan, işdə yüklənmə çoxdur. Bacım səhərdən axşama kimi işləyir.

– Tutulduğunuz vaxt maaşınız nə qədər idi?

– Mən 6 il xidmət etmişəm, zabit idim, əlimə xalis 240 rubl alırdım (uşağım olmadığı üçün vergi tuturdular). Sonra kooperativ sədri oldum. 400 rubl almağa başladım. Hamı bizə işləməyə gəlirdi, çünki zavodda fəhlələr 180-200 rubl qazanırdılar, bizdə isə 300-350. O vaxt kommunal xərclər qəpik-quruş idi. Hər şeyə pul çatırdı! Maaşdan maaşa hətta pul da qalırdı. Həmin pula özümə aparatura alırdım. O vaxt “Olimp-005” maqnitofonu vardı – kaset yeri, babin yeri, səs gücləndiriciləri. Dostlarımla musiqi ilə məşğul olurduq: AC/DC, “Led Zeppelin”, “Pink Floyd”… Maşın almağa hazırlaşırdım – macal tapmadım.

– Amma cinayəti pula görə törətmisiniz, deyəsən.

– Qohumum, bacımın əri Saşka (leytenantdır, hərbi inşaatçıdır, Moskvada DTK üçün obyektlər tikirdi) bir diplomatın arvadından borc pul almışdı. Gülünc məbləğ idi – 100 dollar. O, sentyabrda qaytarmağa söz vermişdi, amma qadına daha tez lazım oldu. Mən təəccüblənmişdim – diplomatın arvadı 100 dollara görə bütün ölkəni ayağa qaldırmışdı, hədə-qorxu gəlirdi. Sonra isə təəccüblənməyə halım qalmadı… Əlbəttə ki, hər şeydə mən təqsirkaram.

– Bəs Saşkanı tutmadılar?

– Yox, o, adam öldürməmişdi. Sadəcə, borc almışdı və vaxtında qaytarmamışdı. Mən isə… Heç bilmirəm, necə belə oldu. Nə olubsa olub…

– Bəs nəyə görə ancaq diplomatın arvadını yox, həm də uşaqları öldürmüsünüz?

HAŞİYƏ: Xvastunovun işində bəzi qaranlıq məqamlar var. Dostları əmindir ki, o, uşaqları öldürməyib, amma günahı öz üstünə götürüb. Lakin istintaqın və məhkəmənin bununla bağlı şübhəsi olmayıb.

– Bilmirəm, deyə bilmərəm.

– Birdən sizi azadlığa buraxsalar, nə olar?

– Bu bir arzudur. Anlayıram ki, belə bir şey baş versə, mən sanki başqa planetə düşəcəyəm. Amma əla olardı. Lakin insanları da gərək pis vəziyyətdə qoymayasan. Bir dəfə birini burdan buraxmışdılar, yenə adam öldürmüşdü… (“Moskovski komsomolets”)

Həmçinin oxuyun

Arzu Rəhimovun bundan xəbəri varmı? – FOTO

Azərbaycan bayrağından zibilqabı kimi istifadə ediblər. Minval.İnfo xəbər verir ki, Orxan Süleymanov adlı “Facebook” istifadəçisi …