Cümə , Noyabr 27 2020
Ana səhifə / Müsahibə / İlham Əliyev yaralı əsgərlərimizə baş çəkdi

İlham Əliyev yaralı əsgərlərimizə baş çəkdi

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.
“Report” xəbər verir ki, Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşdə deyib: “Salamlayıram, minnətdarlığımı bildirmək istəyirəm. Vətən uğrunda, torpaq uğrunda qəhrəmancasına vuruşmusunuz. Vətəni qorumusuz, ərazi bütövlüyünü qorumusuz. Azərbaycan xalqı siznən fəxr edir. Döyüşlərdə yaralanmısız, ancaq qələbəni qazanmısız. Siz torpaqların azad edilməsi üçün artıq nə lazındır eləmisiniz. Azərbaycan ordusu düşmənə layiqli cavab verib, düşmən təxribatının qarşısını aldı və təmas xəttində yaranmış vəziyyət onu göstərir ki, doğurdan da Azərbaycan ordusu, Azərbaycan əsgəri, zabiti böyük işlərə qadirdir, qəhrəmandır”.

Həmçinin oxuyun

“”Beşinci kolon”müqavimət göstərmək fikrində olsa da, heç nəyə nail ola bilməyəcəklər”

Azərbaycan Vətən müharibəsini zəfərlə başa vurdu. Müharibə bitsə də, Azərbaycana qarşı Ermənistanı dəstəkləməyə cəhd göstərən …

Bir cavab yazın