Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / “İlahi canımı niyə almadın?” – Şəhid sevgilisi üçün “yanıb-töküldü”

“İlahi canımı niyə almadın?” – Şəhid sevgilisi üçün “yanıb-töküldü”

Qarabağda gedən hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olan olan əsgərimizin sevgilisi ona şeir həsr edib.
Adının açıqlanmasını istəməyən xanım şeiri redaksiyamıza göndərib.
Həmin şeiri olduğu kimi təqdim edirik:
“İlahi canımı niyə almadın?
Kaş mənə bu günü göstərməyəydin.
Məni sevgilimlə qovuşdurmadın
Bu eşqi qəlbimə göndərməyəydin
Nə amal uğruna yaşayım indi
Hansı gələcəyin xəyalın qurum
Qəlbimdən elə bir yara almışam
Çətinki bir daha ayağa durum
O məni həyata bağlayan səbəb,
O mənim varlığım, göz bəbəyimdi
Bu yalan dünyada yalandır hər şey…
O mənim həyatda tək gerçəyimdi
Biz necə arzular etdik İlahi,
Heç belə ayrılıq düşünməmişdik.
Sağ ikən tükəndik, bitdik ilahi
Bircə gün bərabər sevinməmişdik.
Gözümün yaşını tuta bilmirəm,
Xəyal elədikcə olan bitəni.
Deməyin qadın da ağlayarmı heç?
Bu dərdi yaşayan anlayar məni.
O mənim qəlbimin içində deyil
O özü sinəmdə ürəyim idi
Ömrümün sonuna qədər deyəcəm
O mənim yeganə gerçəyim idi…(big.az)

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın