Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Müsahibə / “Hamını tənqid edən Flora Kərimovanın vannada şəkil paylaşması…” – “Faytonçu” Nazim

“Hamını tənqid edən Flora Kərimovanın vannada şəkil paylaşması…” – “Faytonçu” Nazim

Onunla noyabrın 29-u Heydər Əliyev Sarayında baş tutacaq konsertindən, televiziyaların və şou-biznesin durumundan danışdıq:

– İlk solo konsertiniz baş tutacaq. Nazim sevənlərinə nələr vəd verir?

– Tamaşaçıları keyfiyyətli musiqi, maraqlı performans, canlı səs gözləyir.  İfamda illərlə sevilən mahnıları, xalq musiqilərini səsləndirəcəyəm. Səhnəni İsraildən gələn müğənni ilə bölüşəcəyəm. Onunla 3 mahnı oxuyacağıq. Avropadan gələn bir musiqiçi səhnəyə çıxıb, çıxış edəcək. Adını açıqlamayacağam, sürpriz olsun.

– Müğənnilər şou, yenilik üçün liftlə səhnəyə gəlir, göydən düşür, yerdən çıxırlar. Sizin konsertinizdə bu cür şoular olacaq?

– Başqa müğənnilər kimi göydən düşməyəcəyəm, yerdən çıxmayacağam. Düzdür, müasir dövrdə yaşayırıq, tamaşaçıları yormamaq üçün maraqlı şoular lazımdır. Amma biz kosmonavt deyilik ki, göydən düşək, göbələk deyilik ki, yerdən çıxaq. Pop ifaçısı deyiləm ki, hoppanıb-düşüb, rəqs edim. Janr və yaş etibarı ilə mənə uyğun deyil. Tamaşaçılar məni elə görməyib, onlar məyus olarlar. Konsertdə tamaşaçılar məni öz klassik üslubumda  görəcəklər.

– Heç pop ifaçısı olub, müxtəlif rəqslərlə, performanslarla daha da irəli getməyi düşünməmisiniz?

– Heç vaxt o haqda düşünməmişəm. Məni maraqlandıran əsas musiqidir, onun yazılışıdır, mahnının sözləridir. Digər həmkarlarım səhnədə şou göstərir, ona pis baxmıram. Çünki oxuduqları mahnıya uyğundur. Cenifer Lopez, Beyons daim hərəkətdədir. Bu normaldır. Zəki Müren, İbrahim Tatlısəs, Bülent Ersoyun hoppanıb-düşdüyünü görmüsünüz? Bizim ifalar klassikanı sevir. Öz yolumdan dönməyi düşünməmişəm. Özümü başqa janrda görməmişəm. Tərzimi dəyişmək istəmirəm. Hər zaman səhnəyə kostyumda çıxmışam. Təsəvvür edin, sabah idman geyimində, başımda şapka ilə verilişə gedirəm və ya cırıq cinsdə efirə çıxıram. Tamaşaçılar deməz ki, buna nə oldu? Niyə xəstələndi? O gün mənə  Flora Kərimovanın vannada çəkilmiş fotosunu göstərdilər.

– “Qaynana-2” filmindən kadr idi.

– Necə çəkildiyini bilmirəm. Amma nə qədər insan Flora xanımı tənqid edib, onun bu addımı qıcıq yaradıb. Yazırlar ki, Röya üçün filan söz deyən indi vannada şəkil paylaşır. Hamını tənqid edəndən sonra vannada şəkil paylaşmaq səhv addımdır. Qoymamalı idi ki, onu bu hala salsınlar. İnsanların sevgisini 100-ə 100 azalda bilər. Dəyişiklik etmək olar, rəğbət qazandığın kütləni 1 şəkillə itirə bilərsən. 80 yaşı olub, bu yaşında tənqid olunacaq sənətkar deyil. Onun tənqid olunması mənə pis təsir edir. Mən də dəyişsəm, tənqid olunaram.

– Faytonçu Nazimi insanlara sevdirən nə olub?

– Mən heç vaxt gündəmi zəbt etməmişəm. Səhnəyə gəlmişəm, çəkilmişəm kənara, sonradan yenidən qayıtmışam. Daim efirdə olmağı sevməmişəm. Danışığıma daim fikir vermişəm. Çalışmışam, başımdan böyük danışmayım, ağzımdan çıxan sözün arxasında durum. Bəzi müğənnilərə deyirəm ki, filan mahnını niyə belə oxudun? Deyir, eksperiment etdim. Onlara başa salıram ki, efir laboratoriya deyil, sən özünü təsqidləmisən, cavanlara nümunə olmalısan. Mahnıları zay etməyə haqqın yoxdur. Hazırda senzura, bədii şura yoxdur. Efir xalqın güzgüsüdür. Ona görə diqqət edilməlidir. İnsanlar efirlərə baxıb özünə kumir seçir, onlara bənzəmək istəyir. Bəzən aparıcı kreslonun başında oturur, bu etikadan kənardır. Mənim övladım da ona baxır. Demək dünyanın axırıdır ki, qızım ona baxıb, nümunə götürür. Reytinq deyə-deyə evimizi yıxıblar. 20 evə  aparat taxıblar, ona əsasən reytinq təyin edirlər. Bu doğru deyil.

“Youtube” kanalına baxırsan ki, sənətkarların mahnısına 100 baxış, biri-birini söyənə 100 min baxış var. Ya da bayağı mahnıdır, 3 milyon izlənilib. Ona uyğun da bataqlıqda olan adamı efirə çıxarırlar ki, 5 milyon baxışı var. Rəşid Behbudovun 10 min baxışı varsa, o sənətkar deyil? Hazırda baxışları da pulla alırlar. Indi çoxları  “Youtube” kanalından pul qazanmağı düşünür, sənəti düşünənlər çox azdır.

– Dilçilik İnstitutu müğənnilərə irad bildirib ki, mahnıları ləhcə ilə oxuyurlar, sözləri tam demirlər. Ad da çəkiblər.

– Haqlıdırlar. Saz ifaçısı Telli Borçalıya böyük hörmətim var, amma  onun ləhcə ilə danışmasının əleyhinəyəm. Azərbaycanı bölmək olmaz, bütöv Azərbaycanın ədəbi dili ilə danışmalıyıq. Mən Lənkərandanam, indi o ləhcədə danışmalıyam? Sənin “ajığına” nə deməkdir? Azərbaycanda acıq sözü var.

– Bəzi müğənnilər deyir ki, onlar rayonda böyüyüb, ona görə də ləhcə ilə danışırlar.

– Məktəbdə ləhcə keçmirlər ki… Oxuduqlarımız, öyrəndiklərimiz ədəbi dildə olur. Heç bir müəllim Telli xanıma “ajığına” sözünü öyrətməyib.

-Dinlədiyiniz müğənnilərin səsi, sənəti sizin üçün önəmlidir, yoxsa yüngül həyat tərzi keçirən, insanlara pis nümunə olan ifaçılara qulaq asmırsınız?

– İnsanın xarakteri ifasında öz əksini tapır. Tez-tez danışan insan oxuyanda da bu öz əksini tapır. Dinlədiyim müğənninin yaşadığı həyat tərzi mənə maraqlı deyil. Keçən dəfə mənə dedilər ki, sən Alqaput Federasiyasının himnini oxumusan, orada bozqurd sözləri var. Bu himn Nailə Mirməmmədli tərəfindən yazılıb. Məndən niyə soruşursunuz? Mən ifaçıyam, bəstələyəndən, yazardan soruşun. Mən xalqın müğənnisiyəm, toyu oxuyuram, evimə gəlirəm.

– Amerikaya getmək istəyən bəzi müğənnilər “green card” a müraciət edib, Elariz, Natiq Şirinov kartı udub. Siz ölkəni tərk etmək haqqında düşünmürsünüz?

– Mən  bütün Avropanı gəzmişəm, Amerikada olmamışam. Asiyanın bəzi ölkələrində olmuşam. 10 gündən artıq xaricdə qala bilmirəm. Qızım xaricdə yaşayır, oğlum köçmək istəyir. Amma indidən belə yaşaya bilmirəm. Uda bilərlər, amma orada işləmək lazımdır, dil öyrənməlisən. Qaçqın status ilə getsələr, hökumət onlara baxar. Yoxsa ki, müəyyən yaşdan sonra xaricdə yaşamaq  çətindir.

– “Maşın” şou başlayır. Yenidən dəvət alsanız, gedərsiniz?

– Getmərəm, vaxtım yoxdur. Gələcəkdə dəvət alsam, gedərəm. uğurlu layihədir.

– “Maşın” şoudan sonra sevilənlər qədər, gözdən düşənlər də oldu. Düşünürəm ki, tamaşaçılar üçün oraya qatılmaq bir riskdir.

– Hər şey insanın özündən asılıdır. Sənin müdrikliyin layihədə rol oynayır.  İki dəfə qatılmışam, hamısında oranı normal tərk etmişəm.

– Son olaraq səhhətinizlə bağlı soruşacağam. Durumunuz necədir?

– Özümü çox yaxşı hiss edirəm, tamamilə sağalmışam. Noyabrın 29-u Heydər Əliyev sarayında keçiriləcək konsertimdə məni Türkiyədə sağaldan həkimim də olacaq. Onunla maraqlı dialoqumuz olacaq. Ondan başqa məni səhv əməliyyat edən həkim də konsertimdə iştirak edəcək. Aramızdakı məhkəmə prosesi bitib, təzminatı tam ödəməsə də, biz barışdıq. Mənim məhkəmələrə ayıracaq vaxtım yoxdur. Artıq zamanımın dəyərini daha çox bilirəm. Vaxtımı sevdiklərimə ayırıram. (Musavat.com)

Həmçinin oxuyun

Tanınmış konfliktoloq: “Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!”

Qubadlı rayonunun Əbilcə kəndindən olan konfliktoloq Elxan Mehdiyevlə müsahibəni oxucularına təqdim edirik:  – Elxan bəy, …