Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Müsahibə / “Hərbi texnika və canlı qüvvə “Həyəcan” siqnalı ilə qaldırılıb”

“Hərbi texnika və canlı qüvvə “Həyəcan” siqnalı ilə qaldırılıb”

Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb.

Azinforum.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, nazirlik rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.

Müdafiə Nazirliyi bəyan edir ki, qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən, hərbi hissə və birləşmələr planlı şəkildə “Həyacan” siqnalı ilə qaldırılaraq, onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın