Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Müsahibə / Hərbi hissələrin psixoloqlarını Müdafiə Nazirliyinə çağırdılar – SƏBƏB

Hərbi hissələrin psixoloqlarını Müdafiə Nazirliyinə çağırdılar – SƏBƏB

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Azinforum.az nazirliyin saytına istinadən bildirir ki, toplantıda “Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması”, “Kollektivin psixoloji durumuna təsir edən amillər”, “Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu” və digər mövzular üzrə mühazirələr dinlənilib.

Tədbirdə aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın