Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Hərbçimiz yaralandı – Ermənilər PUA-dan istifadə etdi

Hərbçimiz yaralandı – Ermənilər PUA-dan istifadə etdi

Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş  pilotsuz uçuş aparatından istifadə ediblər.

“Qafqazinfo” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal  elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb.

Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.
Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın