Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Müsahibə / Həmsədrlər cəbhədəki gərginliyə görə bəyanat yaydı: “Narahatıq…”

Həmsədrlər cəbhədəki gərginliyə görə bəyanat yaydı: “Narahatıq…”

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxslərin yaşadıqları ərazilərdə və onların ətrafında minaatan və ağır silahlardan istifadə etməsi ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.

Həmsədrlərin bəyanatında deyilir ki, bu cür silahların istifadəsi münaqişənin qəbuledilməz eskalasiyasını göstərir: “Biz həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və hər iki tərəfdən beynəlxalq səviyyədə tanınan sərhədlərdə və təmas xəttində itkilərin baş verməsindən dərin narahatlıq keçiririk.

Biz tərəfləri bütün mümkün vasitələr daxilində mülki itkilərdən yayınmağa çağırırıq.

Tərəflərin Cenevrə Konvensiyasına əsasən, mülki şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaqla bağlı öhdəlikləri var. Bu insidentlərin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Nyu Yorkda razılaşdırılmış görüşü ərəfəsində baş verdiyinə görə təəssüf edirik.

Nazirlərin zorakılığın artması və danışıqlar prosesi ilə bağlı məsələlərdə ciddi müzakirələr aparacağını gözləyirik. Tərəflər bir-birini ittiham etdiyi üçün biz zorakılığın necə baş qaldırdığını müəyyən etməkdə çətinlik çəkirik. Tərəflər prezidentlər arasında müzakirə edildiyi kimi, ATƏT tədqiqat mexanizmi üzərinə çalışmalıdır” – deyə bəyanatda qeyd olunur.

Bəyanatın sonunda ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması və davamlı sülh sazişinə nail olunması istiqamətində səyləri davam etdirəcəyi bildirilir.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın