Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / General-mayor Natiq Əliyev: “Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub”

General-mayor Natiq Əliyev: “Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub”

Azinforum.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.
Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın