Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Müsahibə / “Gələn il Qarabağda hərbi əməliyyatların bərpası istisna deyil”

“Gələn il Qarabağda hərbi əməliyyatların bərpası istisna deyil”

Başa çatmaqda olan 2019-cu ildə ölkəmiz bir sıra ciddi uğurlar əldə etsə də, Azərbaycanın ən böyük problemi hesab edilən Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olunmadı. Bəs 2020-ci ilə münaqişə tərəflərindən hansı daha böyük üstünlüklə daxil olur? İşğaldakı torpaqları bu il də əlində saxlayan və orada möhkəmlənmə işlərini davam etdirən Ermənistan, yoxsa öz hərbi-siyasi üstünlüyünü artıran, iqtisadi gücünə yeni güc qatan Azərbaycan daha avantajlı hesab edilə bilər?

Bununla bağlı sabiq XİN rəhbəri Tofiq Zülfüqarovun Moderator.az-a müsahibəsini təqdim edirik: 

-Tofiq bəy, öncə 2019-cu ildə Ermənistanın Qarabağ məsələsində sərgilədiyi mövqe ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə cari ildə rəsmi İrəvan problemin sülh yolu ilə həlli məsələsində nə dərəcədə səmimi davrandı?

-Gəlin öncə ötən ilin əsas hadisələrini yada salaq. Birincisi, onu qeyd edək ki, təəssüf ki, bu il də Qarabağ məsələsində bir irəliləyiş əldə edilmədi. İl boyu Ermənistanın mövqeyi xeyli sərtləşib. Azərbaycana qarşı bir neçə hərbi təxribatlar baş verib. Bunların sırasında mayor rütbəli hərbçimizin şəhid edilməsi, bir sıra əsgərlərimizin düşmən snayperləri tərəfindən şəhid edilməsi göstərdi ki, həm siyasi, həm də hərbi baxımdan Ermənistan hakimiyyəti vəziyyəti daha da gərginləşdirir. Onların məqsədi vəziyyəti gərginləşdirmək və bu fonda Azərbaycan tərəfini hansısa hərəkətlərə təhrik etməkdir.

-Minsk qrupu həmsədrlərinin fəaliyyətini necə dəyərləndirirsiz? Sizcə 2019-cu ildə həmsədrlərdən kim problemlə bağlı daha çox aktivlik sərgilədi?

-Vasitəçilərdən bundan öncə olduğu kimi, Rusiya daha fəal görsənir. Amma təəssüflər olsun ki, Rusiyanın xarici işlər naziri Lavrov tərəfindən atılan addımlar daha çox vəziyyəti dondurmaq məqsədi güdür. Yəni onun addımlarında məqsəd heç də Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişə nail olmaq deyil.

Biz görürük ki, real danışıqlar, real mövzuların müzakirəsi barəsində demək olar ki, danışıqlar olmur. Sadəcə, görüşlər keçirilir. Ermənistan tərəfi çalışır ki, Qarabağdakı separatçı rejimi danışıqlar prosesinə cəlb etsin. Belə olarsa, o zaman Azərbaycan iki erməni tərəfi ilə danışıqlara cəlb olunacaq ki, bu da Ermənistanın xeyrinədir. Yəni Ermənistan uydurma Qarabağ xalqı, Qarabağ “dövlətini” tərəf kimi proseslərə cəlb etmək istəyir ki, bu da yolverilməzdir.

İctimaiyyət hiss etmişdi ki, Lavrovun yürütdüyü siyasət ermənipərəstdir və məqsəd bu prosesi daha da uzatmaqdır. Ortaya atılmış icmalar məsələsi də bunun tərkib hissəsidir.

Fransa və ABŞ-ın vasitəçilik rolu ya formalaşmayıb, ya da aktivləşməyib. Əvəzində Lavrov xətti özünü daha çox büruzə veriur. Bu xətt isə imitasiya prosesi həyata keçirmək, ictimaiyyəti aldatmağa hesablanıb.

-Sizcə bu gün Qarabağ probleminin həlli ilə bağlı müzakirələrdə yanlış məqamlar nədən ibarətdir?

-Məsələ ondadır ki, real danışıqların əvəzinə hansısa qarşılıqlı etimadı gücləndirən addımlar təbliğ olunur. Hətta iki tərəf arasında jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilir. Həmişə olduğu kimi, erməni tərəfi bu cəhdləri öz təbliğatında istifadə edir.

-Sizcə işğaldakı torpaqlar azad edilmədən Azərbaycan-Ermənistan münasibətlərindəki gərginliyin ortadan qalxması mümkündürmü?

-Hamı bilir ki, işğaldakı torpaqlar azad edilməsə, didərgin düşmüş yüz minlərlə insan öz evlərinə qayıtmasa, o zaman təbii ki, Ermənistanla Azərbaycan arasında olan gərginlik qalacaq və mən deyərdim ki, tədricən daha da güclənəcək. Hiss olunur ki, Ermənistan da bunu başa düşür. Ermənistanın apardığı təbliğata fikir versəniz grəcəksiniz ki, bu təbliğatda hərbi ritorikaya, real və uydurulmuş hansısa silahlara xüsusi yer verilir. Belə bir görüntü yaratmağa çalışırlar ki, onlar guya hərbi cəhətdən gücləniblər. Göstərmək istəyirlər ki, onlar danışıqlar prosesinə yox, ilk növbədə müharibəyə hazırlaşırlar. Onlar başqa bir yol qəbul etmrlər. Onlar da anlayırlar ki, Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaq.

-Sizcə Ermənistanın səsləndirdiyi təhdid dolu bəyanatların arxasında həqiqətənmi gerçək bir güc, bu bəyanatları reallığa çevirməyə qadir potensial dayanırmı?

-Ermənistanın verdiyi bu kimi bəyanatlar onların öz imkanları ilə bağlı deyil. Onların ümidi Rusiyayadır. Lakin inandırıcı deyil ki, Rusiya hər dəfə əməliyyatlarda Ermənistanın yanında dayancaq.

-Gələn illə bağlı proqnozun nədən ibarətdir?

-Gələn il gərginliyin artması, bu və ya digər şəkildə hərbi əməliyyatların bərpasını istisna etmirəm.

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …