Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Müsahibə / “Fətva ilə torpaqları azad etmək olsaydı, bu, çoxdan baş verərdi” – Rafiq Əliyev

“Fətva ilə torpaqları azad etmək olsaydı, bu, çoxdan baş verərdi” – Rafiq Əliyev

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevin Yenisabah.az-a müsahibəsi:

– Rafiq bəy, son dövrlər gənclərimizin dindən uzaqlaşmasının səbəbi nədir?

– Dini sahədə yaranmış lüzumsuz müxtəliflik, din haqqında, xüsusilə də Qurani-Kərim haqda sosial şəbəkələrdə yayılan qeyri-peşəkar şərhlər, mübahisələr əsas səbəblərdəndir. Bütün bunlar dinə meyilli olan insanlar arasında ayrı-ayrı qruplaşmaların yaranmasına səbəb olur. Bu da öz növbəsində cəmiyyətdə çaşqınlıq yaradır.

İkinci əsas səbəb isə dini mərkəz olan QMİ tərəfindən dini düzgün təbliğ edən, dinlə bağlı yaranmış suallara düzgün izah verən xüsusi portalın, saytın olmaması və orda nüfuzlu din xadimlərinin çıxışlarının təşkil olunmamasıdır.

– Ateizmə və deizmə marağın artması cəmiyyətdə nələrə yol aça bilər?

– Bu, problem İslamın cəmiyyətdə öz nüfuzunu qoruyub saxlaya bilməməsindən irəli gəlir. İslamın nüfuzdan salınmasına xidmət edir. Əlbəttə belə hallar cəmiyyətdə dinin yerini darlaşdırır, onu bəsitləşdirərək “Hakimiyyət, cəmiyyət və din” üçlüyünə ciddi ziya vuraraq, dini-mənəvi, əxlaqi dəyərlərin çəkisini azaldır.

– Bəzi ilahiyyatçılar düşünür ki, insanların dindən uzaqlaşmasının əsas səbəbi dindarların, mollaların dini insanların gözündən salmasıdır. Həqiqətən belədirmi?

– Bu fikirdə həqiqət var. Amma söhbət hansı xalq tərəfindən layiqli hesab olunan din xadimlərindən gedir? Onların fəaliyyətini şəxsən mən görmürəm. Nüfuz yoxdursa, ona necə zərər vurmaq olar?!

– İlahiyyatçı Elşad Miri müsahibəsi zamanı QMİ-nin din siyasəti olmadığını qeyd edib. Sizcə haqlıdır?

– Elşad Miri haqqında xüsusi danışmaq olar. O, geniş biliklərə malik bir insandır. QMİ haqda dedikləri, yəni  bütöv qəbul olunmuş bir dini təbliğatın olmaması fikri həqiqətən düzgündür və çox səbəbləri var. Bu, artıq başqa məsələdir.

– Son dövrlər İranın müxtəlif yollarla Ermənistana yük daşımasının şahidi oluruq. İranın İslam Respublikası olaraq ermənilər tərəfdən çıxış etməsi nə dərəcədə doğrudur?

– İran regionda üç böyük dövlətdən biridir (Rusiya, Türkiyə və İran). Qarabağ münaqişəsinin həllində kənarda qaldı və bu da onu qıcıqlandırır. Bəzi hərəkətləri bununla bağlıdır.

İranla Ermənistan arasında münasibətlər həmişə yaxın olub. Bunun tarixi kökləri var. Bəzi tarixçilər bu iki xalqın gen yaxınlığı olduğunu iddia edir. Bütün bunlar və bizə məlum olmayan digər səbəblər İran Ermənistan dostluğunun əsas göstəricisidir.  

– Şeyx Allahşükür Paşazadə bir müddət öncə “Xamneinin fətvası ilə qələbə qazandıq” deyə bir fikir səsləndirdi. Bu sözləri necə qiymətləndirirsiniz?

– Şeyx həmin cümləni sərt, birmənalı şəkildə deməyib. Fətva ilə torpaqları azad etmək olsaydı, bu, çoxdan baş verərdi. Mən o cümlənin belə olduğunu təxmin edirəm: “Xamneinin fətvası 44 günlük müharibədə qələbə qazanmaqda müsbət rol oynayıb”. Lakin həmişə olduğu kimi, bu dəfə də Şeyximiz tələsib və qeyri-məqbul bir anlam ortaya çıxıb.

Həmçinin oxuyun

Musa Quliyev: “Bu, bizi utandıran məsələdir”

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev ilə müsahibəni təqdim edirik: – Musa …