Cümə axşamı , Dekabr 9 2021
Ana səhifə / Müsahibə / Ermənistanın təxribatının qarşısı alındı

Ermənistanın təxribatının qarşısı alındı

Azərbaycanın Müdafiə Nazirliyi son günlər Ermənistan mətbuatının guya Silahlı Qüvvələrimiz tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə cavab verib.

Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada deyilir:

“Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır.

Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.

Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.

Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır”.

Həmçinin oxuyun

Həyat yoldaşımla tanış olan zaman mənə ilk sualı bu oldu – Əziz Səncər

İlk sualı bu oldu: “Türklər farsca danışırlar, yoxsa ərəbcə?”Bu sözləri Publika.az-a özəl müsahibəsində UNEC İqtisadi …

Bir cavab yazın