Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Müsahibə / Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edildi – RƏSMİ

Ermənistanın “OSA” zenit-raket kompleksi məhv edildi – RƏSMİ

Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Qeyd edək ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir.

Həmçinin oxuyun

Azərbaycanlı pilot qardaşlar: İkimizi eyni təyyarəyə buraxmırlar

Atalarının davamçısı olan iki qardaş – söhbət bir müddət əvvəl sosial şəbəkələr vasitəsilə məşhurlaşan pilot …

Bir cavab yazın