Ermənistanın müdafiə naziri Seyran Ohanyan iyunun 4-ü axşam Dağlıq Qarabağa səfər edib.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ohanyan Qarabağdakı separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyanla birlikdə Tərtərin işğal altındakı Talış və Madagis kəndlərində olublar.
Onlar aprel döyüşləri zamanı itirdikləri və hazırda Azərbaycan ordusunun əlində olan mövqeləri müşahidə ediblər.
