Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / Ermənistan təsdiqlədi: “Azərbaycan iki hərbi maşınımızı partladıb”

Ermənistan təsdiqlədi: “Azərbaycan iki hərbi maşınımızı partladıb”

Ermənistan Müdafiə Nazirliyi bu gün Azərbaycan KİV-lərində düşmən ölkənin silahlı qüvvələrinin iki hərbi yük maşınının partladıldığını əks etdirən videogörüntülərin həqiqi olduğunu təsdiqləyib.

Açıqlamada mina partlayışının məsafədən idarəetmə ilə həyata keçirildiyi, ancaq erməni ordusunun insan itkisi vermədiyi bildirilir.

İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir. Lakin kadrlardan görünür ki, partlayış Ermənistan ordusunun işğalı altında olan ərazilərin içərilərində, çox güman ki, Tərtər-Ağdam istiqamətində baş verir.

Düzənlik ərazi ilə hərəkət edən iki düşmən maşınının yaxınlığında eyni vaxtda mina partlayır, bu zaman maşınlardan biri yoldan çıxır, digəri bir qədər hərəkətini davam etdirərək dayanır. Daha sonra kadrlardan maşınlardan düşən erməni əsgərlərinin təşviş içində bir maşından digərinə tərəf qaçdığı əks olunur. Bir neçə dəqiqədən sonra maşınlardan biri yoluna davam edir, digəri isə  hərəkətsiz qalır.

Kadrların pilotsuz kəşfiyyat təyyarəsindən çəkildiyi görünür. Bu kadrlar bir daha təsdiq edir ki,Azərbaycan silahlı qüvvələri müntəzəm olaraq düşmənin nəzarəti altında olan ərazilərə keçib kəşfiyyat-diversiya əməliyyatları keçirməyə, üstəlik baş verənləri videolentə almağa qadirdir.

Xatırladaq ki, aprelin 21-də əvvəlcə erməni tərəfi Azərbaycan xüsusi təyinatlılarının Tərtərin Seysulan kəndi istiqamətində erməni mövqelərinə həmlə etdiyini bildirib.

Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, əslində ermənilər təmas xəttinin həmin istiqamətində diversiya həmləsinə cəhd ediblər, azı 5 əsgərlərini itirərək geri çəkiliblər.

 

 

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın