Çərşənbə , İyul 24 2019
Ana səhifə / Müsahibə / Ermənistan silahlı qüvvələri atəşkəsi 9 dəfə pozub

Ermənistan silahlı qüvvələri atəşkəsi 9 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyinin saytında verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında, həmçinin Göygöl, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

20 qəpiklə işə başladı, indi iki şirkət sahibidir (FOTOLAR)

Adil Abdullayev: “Təcrübə qazanmaq, müəyyən reputasiyaya sahib olmaqdan ötrü çox əziyyətlərdən keçdik” Öz işini qurub müəyyən …

Bir cavab yazın