Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Müsahibə / “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Sarkisyan

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” – Sarkisyan

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin hesab edirik ki, Dağlıq Qarabağprobleminin həllində xalqların öz müqəddəratını təyin etməsi nəzərə alınmalıdır.

Qafqazinfo” xəbər verir ki, bu sözləri prezident Serj Sarkisyan “Ria Novosti”yə açıqlamasında deyib:

“Biz istənilən ölkənin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Lakin xalqların öz müqəddəratlarını təyin etmək haqqı ərazi bütövlüyü prinsipinə zidd deyil. Çünki ərazi bütövlüyü dövlətlərarası əlaqəyə daxildir, müqəddaratını təyinetmə isə kompakt yaşayan xalqlara aiddir. Bütün məsələlər güc tətbiq etmədən həll edilir, xüsusən də, öz tarixi yurdunda. Əgər biz xalqların öz müqəddaratlarını təyin etməsini inkar ediriksə, o zaman Sovetlər birliyinin də tərkibindən çıxmamalı idik”.

Sarkisyan həmçinin, İrəvan və Bakının bir neçə dəfə Dağlıq Qarabağın nizama salınması ilə bağlı sənədin imzalanmasına yaxın olduğunu qeyd edib. O, belə bir sənədin imzalanmasına Ermənistantərəfinin hələ də hazır olduğunu bildirib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın