Cümə , Avqust 23 2019
Ana səhifə / Müsahibə / Ermənistan aprel döyüşlərinə görə 6 min 300 nəfər itirib – RƏSMİ

Ermənistan aprel döyüşlərinə görə 6 min 300 nəfər itirib – RƏSMİ

Son 3 ildə Ermənistan əhalisinin 5 faizi ölkəni tərk edib.
Virtualaz.org xəbər verir ki, bu barədə rəsmi statistikaya istinadən “Aykakan Jamanax” qəzeti yazır. Bildirilir ki, rəqəmlə ifadədə bu 5 faiz azı 150 min nəfər deməkdir. Ermənistanın Milli statistika xidmətinin rəqəmlərinə görə ötən il ölkəni tərk edib geri qayıtmayanların sayı 54 min 31 nəfərdir.
“Başqa sözlə, ötən il 54 min nəfərdən çox adam Ermənistanı geri dönməmək şərti ilə tərk edib. Bu, 2016-cı il üçün mühacirət statistikası hesab oluna bilər. Müqayisə üçün 2015-ci ildə bu göstərici 77 min 676 nəfər idi, 2014-cü ildə isə 47 min 74 nəfər olmuşdu”-qəzet yazır.
Qəzet hesab edir ki, ötən il Ermənistanı tərk edənlərin sayının əvvəlki illərlə müqayisədə 6300 nəfərə yaxın artıq olması apreldə Qarabağda baş vermiş 4 günlük müharibə və daha sonra bu müharibənin doğurduğu nəticələr-“Sasna Tsrer” qiyamı ilə əlaqəlidir.
Qeyd edək ki,  4 günlük müharibədə Ermənistan ordusunun Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiqlənmiş itkiləri 130 nəfərə yaxın olub. Azərbaycan Müdafiə Nazirliyinin hesablamalarına görə isə düşmən bundan azı iki-üç dəfə çox itki vermişdi.
İndi açıqlanan mühacirət rəqəmləri Ermənistanın faktiki insan itkilərinin əslində minlərlə hesablandığını göstərir. Bu, Ermənistanın eks-prezident Levon Ter-Petrosyanın ötən ilin dekabr ayında partiyasının qurultayında etdiyi çıxışda əksini tapmış tezisləri təsdiq edən faktlardır.
Ter-Petrosyan bildirmişdi ki, Ermənistan hakimiyyəti status-kvonu uzatmaqla əslində 20 il bundan əvvəlkindən də əlverişsiz sülh şərtləri ilə üzləşib. Bu müddət ərzində heç nəyə nail olunmayıb, əksinə, Qarabağ münaqişəsinin həll edilməməsinin təsiri və daimi müharibə qorxusu altında ölkədən köç ilbəil artmaqdadır.
Prezident Serj Sərkisyan isə aprelin 2-də hakim Respublika partiyasının siyasət məktəbinin dinləyiciləri qarşısında çıxışı zamanı “Dağlıq Qarabağ məsələsində təzyiqlər altında heç vaxt güzəştə getməyəcəkləri” haqda danışıb. “Biz kompromislərə hazırıq, istəyirik ki, problem dinc yolla, müharibəsiz həll olunsun, ancaq heç bir təzyiq-istər xaricdən olsun, istər daxildən, buna təsir edə bilməz”-Sərkisyan deyib.
Ermənistan prezidenti Con Kennedidən sitat gətirərək deyib ki, güzəştlərdən və danışıqlardan qorxmaq lazım deyil, ancaq danışıqları və güzəştləri təzyiq altında aparmaq olmaz. “Fikrimcə onun sözləri bizim bu günkü reallıqlarımızı əks edirir”-Sərkisyan deyib.
Ter-Petrosyanın və onun milli təhlükəsizlik müşaviri olmuş Jirayr Libaredyanın çıxışlarından başqa Ermənistan hakimiyyətinə sülh məsələsində daxildən təzyiqlər haqda danışmaq mümkün deyil. Görünür Sərkisyan da məhz bunları nəzərdə tutur. Ter-Petrosyanın çıxışı, onun seçkilərə “Sülh, barışıq, mehriban qonşulu” devizi altında qatılacaqlarını elan etməsi indiki Ermənistan siyasi reallıqlarında geniş dəstək qazanmayıb.
Lakin buna qarantiya yoxdur ki, Ermənistanın hər il əhalisinin orta hesabla 1.5-2 faizini itirməsi, sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması Qarabağ məsələsini həll edə bilməyən hakimiyyətə qarşı daxili təzyiqləri artırmayacaq…

Həmçinin oxuyun

Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

“Möhtəşəm yüz il”, “Gülpəri” və “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarındakı rolları ilə tanınan türk …

Bir cavab yazın